Samir Nuriyev Prezidentin səlahiyyətli nümayəndəsini təqdim etdi - Fotolar

Samir Nuriyev Prezidentin səlahiyyətli nümayəndəsini təqdim etdi - FotolarPrezident Administrasiyasının rəhbəri Samir Nuriyev noyabrın 13-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Ceyhun Ramiz oğlu Cəlilovu muxtar respublikanın ictimaiyyətinə təqdim edib.
azxeber.com Azərtac-a istinadən xəbər verir ki, tədbirdən əvvəl Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Təqdimat mərasimində çıxış edən Samir Nuriyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial, iqtisadi və mədəni inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayır.
Ölkədə aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Naxçıvanın inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edən Prezident Administrasiyasının rəhbəri "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın qəbul edildiyini, davamlı iqtisadi və sosial artıma nail olmaqla muxtar respublikanın inkişafının sürətləndirilməsinin və ölkə iqtisadiyyatına tam inteqrasiyasının əsas hədəf olduğunu qeyd edib.
Bildirilib ki, Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatının, turizmin, infrastruktur təminatının, sosial sferanın, insan kapitalının və digər sahələrin inkişafı ilə bağlı qaşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün mövcud imkanlardan daha səmərəli istifadə olunmalı və bütün qüvvələr səfərbər edilməlidir.
Azərbaycan Prezidentinin noyabrın 12-də yeni təyinatlarla əlaqədar qəbulda səsləndirdiyi fikirlərə toxunan Prezident Administrasiyasının rəhbəri dövlət başçısının xalqa xidməti, təvazökarlığı, vəzifə borcuna məsuliyyətli yanaşmanı əsas iş prinsipləri hesab etdiyini və hər bir məmurun öz fəaliyyətində bu prinsipləri rəhbər tutmalı olduğunu deyib.
Samir Nuriyev Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini muxtar respublikanın yeni rəhbərliyinə çatdıraraq dövlət başçısının göstərdiyi etimadın doğruldulacağına ümid etdiyini bildirib.
Samir Nuriyev Prezidentin səlahiyyətli nümayəndəsini təqdim etdi - FotolarSamir Nuriyev Prezidentin səlahiyyətli nümayəndəsini təqdim etdi - FotolarSamir Nuriyev Prezidentin səlahiyyətli nümayəndəsini təqdim etdi - FotolarSamir Nuriyev Prezidentin səlahiyyətli nümayəndəsini təqdim etdi - FotolarSamir Nuriyev Prezidentin səlahiyyətli nümayəndəsini təqdim etdi - FotolarSamir Nuriyev Prezidentin səlahiyyətli nümayəndəsini təqdim etdi - FotolarSamir Nuriyev Prezidentin səlahiyyətli nümayəndəsini təqdim etdi - FotolarSamir Nuriyev Prezidentin səlahiyyətli nümayəndəsini təqdim etdi - FotolarSamir Nuriyev Prezidentin səlahiyyətli nümayəndəsini təqdim etdi - Fotolar

Siyasi       Tarix: 14 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd


yeni xeberler azerbaycan xeberleri son xeberler cebheden xeberler valyuta mezennesi 2026 xabarlar xeber.az bu gun