Azərbaycan və Türkiyə regionda sülh və sabitliyin təminatçısıdır

Azərbaycan və Türkiyə regionda sülh və sabitliyin təminatçısıdırErmənilərin törətdikləri vəhşiliklər, işğal altında saxladıqları torpaqlarda barbarlıq əməlləri barədə az qala əsrin üçdə birinə yaxın müddət ərzində bütün dünyaya bəyan etdik və nəhayət torpaqlarımızı işğaldan azad etdikdən sonra dünya ictimaiyyəti bunu öz gözü ilə görməli və etiraf etməli oldu. Hətta erməni əsilli siyasətçilər, ictimai fəallar belə Azərbaycan həqiqətlərini, reallıqları, ermənilərin vəhşiliklərini, vandallıqlarını, barbarlıqlarını etiraf edirlər, bunun insanlığa sığmayan əməllər olduğunu açıq şəkildə ifadə edirlər. Sözsüz ki, erməni vəhşilikləri silinməz izlər buraxıb, hansıki bunu təkzib etmək də mümkün deyil və dağıdılmış şəhərlərimizin, kəndlərimizin, yaşayış məntəqələrimizin görüntüləri vandalizm təzahüründə erməni simasızlığını ortaya qoyur.
Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır.
Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa şəhərində baş tutan görüşü tarixi hadisədir. Şuşada belə bir görüşün reallaşacağı  bir il əvvəl hər kəsə bəlkə də əlçatmaz bir xəyal kimi görünə bilərdi. O səbəbdən də tam mübaliğəsiz demək olar ki, iyunun 15-də təkcə Azərbaycan və Türkiyənin deyil, dostlarımız və düşmənlərimiz də daxil olmaqla bütün dünyanın nəzərləri Şuşaya yönlənmişdi. Görüşdən bir gün əvvəl Türkiyə prezidentinin ABŞ prezidenti ilə, eləcə də NATO sammiti çərçivəsində bir sıra dünya liderləri ilə ikitərəfli təmasları və bu görüşlərdə regional və dünya çaplı məsələlərlə yanaşı Qarabağda və yaşadığımız regionla  əlaqəli məsələlərin də müzakirə olunması Şuşada iki dövlət başçısının dünyaya hansı mesajları verəcəyinə diqqəti birə on nisbətində artırmışdı. Xüsusilə də, görüşdən əvvəl hörmətli Rəcəb Tayyib Ərdoğanın Şuşada qardaş Azərbaycanla daha əhatəli müqavilənin imzalanacağı ilə bağlı verdiyi açıqlama da ciddi marağa səbəb olmuşdu.
Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Onlar münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər.
Azərbaycanın mühüm enerji layihəsinin həyata keçirilməsində liderliyi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu böyükdür.
Regionda yaranan yeni vəziyyətdən çıxış edən Avropa İttifaqının yaxın zamanda Azərbaycanla əməkdaşlığın istiqamətlərini artıracağı da istisna edilmir. Bütün bunlar onu göstərir ki, Azərbaycan Avropa İttifaqı üçün də bu gün çox vacib tərəfdaşdır.
Azərbaycan Respublikası qonşu ölkələrlə münasibətlərinə hər zaman xüsusi həssaslıqla yanaşıb və bu münasibətlərin yüksələn xətlə inkişafına diqqət göstərib. ölkəmiz daim bütün dövlətlərlə, xüsusilə də, həmsərhəd olduğu ölkələrlə isti münasibətlərin inkişafında maraqlı olub. Rusiya-Azərbaycan münasibətləri də bu mənada hər zaman yüksək səviyyədə olması ilə seçilib.
Naftalan şəhər sakini Afət Mustafayeva

Siyasi       Tarix: 02 may 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib. xəbə

İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Maliyyə Tədbirləri üzrə İşçi Qrupu və Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzr

NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur

Əməkdar jurnalist Faiq Hüsiyev. NATO sammitinə sözardı. Qardaş Türkiyədə 7-8 iyul tarixlərində baş tutmuş, sayca 36-cı NATO sammitinin sonu ABŞ-ın İrana raket zərbəsi endirməsi və futbol üzrə Dünya Çempionatının 1/4 mərhələsini

Baqrat Qalstanyan Paşinyanı məhkəməyə verdi – erməni jurnalistdən sərt ittihamlar

Ermənistan Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyan barəsində məhkəməyə müraciət edib. Datalex məhkəmə informasiya sistemində yerləşdirilən məlumata görə, arxiyepiskop baş nazirin iyunu

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. xəbər verir ki, qanunda aşağıdakı dəyişikliklər edilib:. 1. 1-ci madd

Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı

Rusiyada yanacaq böhranı getdikcə daha da dərinləşir. Ölkənin müxtəlif regionlarında benzin qıtlığı müşahidə olunur, yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb. . Novorossiysk şəhərində benzin tamamil

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə -a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili

Azərbaycanla daha bir ölkə viza rejimini ləğv edir

Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir. İordaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, müvafiq sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramo

Artıq əlilliyi olmayanlar da sığorta ödənişi ala biləcək: Daha nələr dəyişir?

Milli Məclisin plenar iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna təklif edilən dəyişikliklər birinc


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbər son xeber 2026 şou biznes xəbərləri xabarlar