Azərbaycan vətəndaşının İranda itkin düşməsi ilə bağlı təfərrüat - XİN araşdırmalara başlayıb

Azərbaycan vətəndaşının İranda itkin düşməsi ilə bağlı təfərrüat - XİN araşdırmalara başlayıbAlmaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Fərid Səfərli İranda itkin düşüb.
Bu barədə "Report"a onun anası Dilarə Əskərova məlumat verib.
Fəridin anası bildirib ki, oğlu fevralın 20-də iki həftəlik İstanbula getmək adı ilə evdən çıxıb:
"İrana səfəri barədə dostlarına əvvəldən məlumat versə də, mənim xəbərim olmayıb. Hər gün telefonla əlaqə saxlasaq da, həmin müddətdə İranda olduğunu bilməmişəm. Oğlumun təhsil aldığı Jena şəhərində yerləşən universitetdə iranlı həkim xanım təcrübə keçib və sonra ölkəsinə qayıdıb. İstanbulda da guya həmin xanımla görüşməli imiş. Oğlum İstanbula gedib, amma qız gəlməyib. O da ayın 20-si qızın dalınca İrana gedib".
"Martın 3-ü və ya 4-də dostlarına zəng edib: "kartım burda işləmədiyindən mənə geri-dönüş bileti alın". Onlar da 5-dən 6-na keçən gecə üçün Tehran-Berlin-İstanbul bileti alıb. Lakin oğlum İrandan çıxmayıb. Martın 3-ü axşamdan telefonu sönüb. Heç bir sosial şəbəkədə yoxdur", - D.Əskərova əlavə edib.
Hadisə ilə əlaqəli rəsmi olaraq Azərbaycanın Almaniyadakı Səfirliyinə və ölkəmizin Xarici İşlər Nazirliyinə müraciət etdiyini deyən Dilarə Əskərova vurğulayıb ki, oğlu barədə hələ heç bir xəbər yoxdur:
D.Əskərova "Fərid Səfərlinin itkin düşməsi Azərbaycanın Tehrandakı Səfirliyinə edilən hücumla əlaqəli ola bilərmi?" sualına isə belə cavab verib: "Bu da bir ehtimal ola bilər. Amma ümumilikdə Fərid siyasət adamı deyil, İran əleyhinə heç bir paylaşımları da olmayıb".
Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) isə "Report"un sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə əlaqədar araşdırma aparılır, məlumat veriləcək. / azxeber.com

Siyasi       Tarix: 09 mart 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler cəbhədən son xəbərlər cəbhədən ən son xəbər bu gunun xeberleri