Azərbaycan vətəndaşları Avropa ölkələrinə rahat viza ala bilirlərmi? - FOTO

Azərbaycan vətəndaşları Avropa ölkələrinə rahat viza ala bilirlərmi? - FOTOAzərbaycan vətəndaşları Avropa ölkələrinə rahat viza ala bilirlərmi? - FOTO
Azərbaycan vətəndaşları bir sıra Avropa ölkələrinə getmək üçün viza almaqda çətinliklərlə üzləşirlər.
Bunu "Report"a açıqlamasında "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov bildirib.
Onun sözlərinə görə, əksər vətəndaşlar səfirliklərdən, eləcə də onların yaratdığı viza mərkəzlərində xidmət göstərən şirkətlərdən şikayətçidirlər.
"Məsələn, Macarıstana viza almaq istəyənlərə süni əngəllər yaradılır, onlardan əlavə sənədlər istənilir. Vətəndaş iş yerindən arayış və bank hesabından çıxarış təqdim etdiyi halda, ondan vergi ödənişinə dair arayış, eləcə də alınmış aviabilet tələb olunur. Halbuki, vizanın verilməsi ilə bağlı qeyri-müəyyənlik olduğu üçün aviabiletin bron edilməsi normaldır.
Azərbaycan vətəndaşları Avropa ölkələrinə rahat viza ala bilirlərmi? - FOTOFransa, İspaniya, İsveç, Belçika, Niderland və Lüksemburqa səfər etmək istəyənlər üçün isə sənədlərin kuryer vasitəsi ilə çatdırılması məcburidir. Viza müraciəti zamanı sənədlərini özü təqdim edən turist viza hazır olduqdan sonra sənədlərini özü götürə bilmir. Koronavirus (COVID-19) pandemiyasının səngiməsinə baxmayaraq, kuryer xidməti üçün 17 manat haqq ödəmək lazımdır. Sənədlərin surətinin çıxarılması, tərcümənin təsdiqi üçün xidmət haqqı da yüksəkdir. Əlavə xidmət haqları da var və onlar əsaslandırılmır.
Çexiya, Latviya, Norveç və İrlandiyaya viza almaq istəyənlərin isə görüş günü ilə bağlı sıxıntıları var. Bu da müştərilərin haqlı narazılığına səbəb olur.
Almaniyaya səfər etmək istəyənlər isə əksər hallarda mənfi cavab alırlar. Maddi imkanları yüksək olmayan turistlərə Almaniya səfirliyində, demək olar ki, yer yoxdur.
İtaliya səfirliyində də görüş günü və vizanın verilməsi ilə bağlı ciddi problem var. Müraciət edənlərin təxminən 50%-i viza ala bilir. Təhsil vizası da çətinliklə verilir. Bu ölkədə universitetə qəbul olunmaq oraya viza almaqdan rahatdır.
Polşa səfirliyində də görüş günü ilə bağlı problemlər var. Gün təyin etmək üçün sistem, demək olar ki, həmişə bağlı olur. Həftədə bir dəfə və ya ayda dörd dəfə həmin sistem qısa müddətə açılır, bu da turistlərdə çaşqınlıq yaradır. Bəzən bir həftə öncə qeydiyyatdan keçmiş şəxsə görüş günü bir ay öncə qeydiyyatdan keçmiş müştəridən daha tez təyin olunur. Bundan əlavə, iki ailə üzvü üçün eyni vaxtda görüş günü götürmək mümkün deyil.
Böyük Britaniya səfirliyindən viza müraciəti ilə bağlı cavab 21 iş günü ərzində deyil, iki ay və daha gec müddətə gəlir. Bu səfirlikdə maddi imkanları orta səviyyədə olan turistlər qəbul edilmirlər. Çox yüksək əməkhaqqı və ya gəlirləriniz olmalıdır ki, bu ölkə sizə turistik viza verməkdə maraqlı olsun.
Bəzi səfirliklər isə vətəndaşın qalacağı hotelin ödənilmiş çekini tələb etməklə turizm agentlikləri və turistlər üçün problem yaradırlar. Ödənişi edəndən sonra viza verilməməsi ehtimalı narahatlıq yaradır", -deyə ekspert qeyd edib. / oxu.az

Turizm       Tarix: 04 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO. "Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşları

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"


yeni xeberler son xeberler azerbaycan xeberleri qarabag sonxeberler son xeberler bugun 2026 azerbaycan sonxeber.az