Azərbaycan XİN başçısı: "Ukraynadakı vəziyyət çox böyük narahatlıq doğurur
"Ukraynadakı vəziyyət, əlbəttə çox böyük narahatlıq doğurur".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın "Agenzia Nova" xəbər agentliyinə müsahibəsində deyib.
"Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri mövcuddur, burada söhbət iki böyük ölkə ilə olan hərtərəfli və yüksək səviyyəli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərindən gedir. Azərbaycan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün tərəfləri vaxt itirmədən dialoqa çağırıb və tərəflər arasında birbaşa danışıqların zəruriliyini vurğulayıb. Qeyd etmək istərdim ki, Azərbaycan dövlət başçısının hələ müharibənin ilk günlərində hər iki ölkənin başçısı ilə telefon danışıqları olub", – nazir qeyd edib.
C.Bayramovun sözlərinə görə, Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur: "Azərbaycan özü 30 ilə yaxın hüquqi ədalətsizlikdən əziyyət çəkmiş bir dövlət kimi beynəlxalq hüququn irəli sürdüyü, tələb etdiyi normalara əməl olunması tərəfdarıdır. Ona görə də, Azərbaycanın bu məsələlərin Ukraynanın ərazi bütövlüyü çərçivəsində sülh, danışıqlar yolu ilə həll edilməsinin vacibliyini önə çəkməsi təbiidir".
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Kurslar.az kurslar [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun