Prezident: Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır
Prezident İlham Əliyev 2026-cı ilin Azərbaycan-ABŞ münasibətləri baxımından tarixi əhəmiyyət kəsb etdiyini bildirib.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullin ilə görüşü zamanı danışıb.
Dövlət başçısı ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfərinin və səfər çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının ikitərəfli münasibətlərin genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.
İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinin ən yüksək səviyyəyə çatmasında və regionda sülhün təmin olunmasında ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirib. O, Azərbaycanın da ABŞ ilə əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.
2025-ci ilin avqustunda keçirilən Vaşinqton Sammitinə toxunan dövlət başçısı regionda yeni vəziyyətin yarandığını və artıq bir ildən çoxdur ki, sülh şəraitində yaşadığımızı bildirib.

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu