Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!"
Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətdəki "Güclü Ermənistan" partiyasının deputatı Anuş Mirzoyanın onu Azərbaycanın Qarabağ bölgəsində minlərlə erməni hərbçinin ölümündə ittiham etməsindən sonra özündən çıxıb.
KONKRET.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, insident parlamentdə keçirilən hökumət saatı zamanı baş verib.
Ermənistan hökumətinin başçısı səsini yüksəldərək müxalifət nümayəndələrini hədələyib. O, müxalifətçiləri oğurluqda ittiham edib və onları xain adlandırıb.
Paşinyan həmçinin bildirib ki, müxalifət nümayəndələri Ermənistan hökumətinin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq, Azərbaycanın ərazisində vaxtilə mövcud olmuş və sonradan ləğv edilmiş separatçı qurumun qondarma "bayraqlarını" iclas zalından gizlicə götürüblər.
"Siz mənim müəyyən etdiyim siyasi xəttə tabe olursunuz, çünki mən xalqın verdiyi legitimliyə malikəm, siz isə burada pul hesabına varsınız. İndi həmin pulları əlinizdən alacağıq və əvvəlki kimi siyasi "bomjlara" çevriləcəksiniz", – deyə baş nazir yüksək səslə bildirib.
Bundan sonra müxalifət deputatları sözügedən məsələni daha bir neçə dəfə gündəmə gətiriblər. Paşinyan isə yenidən səsini yüksəldərək müxalifət nümayəndələrini hədələyib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Sumqayıtda qadını avtomobil vurdu
Almaniyanın xarici işlər naziri Prezident İlham Əliyevə təşəkkür edib
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Toydan çıxan piyadanı avtomobil vurdu
Aprelin 1-dən maaş kartlarında YENİLİK – Banklar komissiya tələb edəcək?
Avtomobil 72 yaşlı qadını vurdu
İşə başlamamış pul alacaqlar – Yeni qərar
Bakı-Quba yolunda ağır qəza: Xəsarət alanlar var
Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTOLAR
Mərkəzi Bankın səlahiyyətləri artırıldı
Təhlükəsizlik zəmanətləri, bərpa üçün milyardlar və əsas sual: Yeni Rusiya istilasının qarşısını necə almaq olar?
Orhan Gencebaydan miras açıqlaması: "Ailəm üçün canımı verərəm
Onu "Qarabağ"dan transfer etmək istəyirdik, alınmadı
Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz? - Bank ekspertindən məsləhət