Azərbaycan XİN-dən Paşinyana CAVAB

Azərbaycan XİN-dən Paşinyana CAVAB"17 oktyabr 2023-cü il tarixində Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa Parlamentinin sessiyası zamanı səsləndirdiyi bəyanat, növbəti dəfə bu ölkənin Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi".
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin N.Paşinyanın Avropa Parlamentində çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib.
"Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkmədiyi bir vaxtda özünü sülhsevər, demokratik, beynəlxalq hüquqa hörmət edən ölkə kimi təqdim edən Ermənistandan bu cür iddiaları eşitmək təhqiramizdir.
30 ilə yaxın müddət ərzində bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar törətmiş bir ölkə olan Ermənistanın Azərbaycanı könüllü olaraq Ermənistana getmiş yerli ermənilərin "etnik təmizləməsi"ndə ittiham etməsi əsassız olmaqla yanaşı, regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil edir. Bu, həmçinin 21 sentyabr tarixində Ermənistan ictimaiyyətinə müraciətində Qarabağ bölgəsindəki erməni sakinlərin təhdidlərlə üzləşmədiyini bildirən Ermənistan Baş nazirinin bəyanatlarının bir-biri ilə nə qədər uyğunsuz olduğunu nümayiş etdirir. Eyni zamanda, Ermənistanın tarixin və faktların açıq şəkildə saxtalaşdırılmasında nə qədər məşhur olduğu diqqətə alındıqda, sözügedən ölkənin baş nazirinin bu cür ziddiyyətli açıqlamalarını eşitmək təəccüb doğurmur.
Qranada görüşünün yekun sənədindəki müstəqillik, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, güc tətbiq edilməməsi və güc təhdidindən imtina prinsiplərinə istinad edən Baş nazir Nikol Paşinyan, Ermənistanın bu prinsipləri baş nazirin hakimiyyətdə olduğu 5 il də daxil olmaqla 30 ildən artıq müddətdə pozmasına baxmayaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycanın Ermənistana 5 baza prinsipi təqdim etdiyini unudur.
Laçın yolunun guya "eksterritoriallığ"ı ilə bağlı baş nazirin iddialarına gəldikdə isə, Ermənistanın məkrli addımlarının qarşısını almaq üçün sərhəd nəzarət-buraxılış məntəqəsini təsis etməklə hərəkətin təhlükəsizliyini təmin etmək öhdəliyini yerinə yetirən Azərbaycandan fərqli olaraq, Ermənistanın hər vəchlə baş nazirin də birgə imzaladığı Üçtərəfli Bəyanata zidd olaraq, bu yoldan sui-istifadə etdiyini xatırlatmaq lazımdır. Azərbaycan öz ərazisindəki bütün yollar üzərində suverenliyə malik olduğu və bunun əksini sübut etmək cəhdlərinin əsassızlığı qeyd edilməlidir.
Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycana qarşı təcavüz törətdiyini və ərazilərimizi işğal etdiyini diqqətə alındıqda, Ermənistan Baş nazirinin ərazi bütövlüyünə və delimitasiyaya hörməti kvadrat kilometrlə ölçməyə çağırış etməsi ciddi deyil. Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt başqa ölkələrin ərazisinə iddia etməyib.
Ermənistanın Azərbaycan və Türkiyəni blokadada ittiham etməsinin reallıqla heç bir əlaqəsi yoxdur. Ermənistanın hərbi təcavüz və ərazi iddiaları səbəbindən regional layihələrdən təcrid olunması hər kəsə yaxşı məlumdur. Üstəlik, görünür ki, Ermənistan Azərbaycanın öz ərazilərini azad etməsindən sonra da buna son qoymaq niyyətində deyil. Ermənistan tərəfi vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək, eyni zamanda bu istiqamətdə təhlükəsizliyi təmin etmək öhdəliyinin mövcud olduğunu yaxşı bilir. Ermənistanın, həmçinin Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisini təmin etməklə bağlı öhdəliyi mövcuddur. Təəssüf ki, bu ölkə belə bir fürsəti növbəti dəfə əldən verir. İran İslam Respublikasının ərazisi üzərindən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil və dəmir yollarının tikintisi haqqında Sazişin imzalanması bir daha Ermənistandan fərqli olaraq, Azərbaycanın alternativ marşrutlardan istifadə etməklə regionda nəqliyyat dəhlizlərinin inkişafına daim müsbət töhfə verdiyini göstərir.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın Qarabağ regionunda qondarma erməni rejiminin və qanunsuz silahlı qüvvələrin yaratdığı təhlükəni aradan qaldırdıqdan sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi imkanların yarandığı bir dövrdə, Ermənistan Baş nazirinin davam edən aqressiv ritorikası sülh perspektivlərinə xələl gətirir", – XİN-dən bildirilib.

Siyasi       Tarix: 18 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan hava hava haqqinda az xeber