Azərbaycan XİN: 'Ermənistan Laçın yolunda şəffaflıqda maraqlı deyil

Azərbaycan XİN: 'Ermənistan Laçın yolunda şəffaflıqda maraqlı deyil"Ermənistan Laçın yolunda şəffaflıqda maraqlı deyil".
azxeber.com xəbər verir ki, bu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş katibi Antoniu Quttereşə ünvanladığı məktubda öz əksini tapıb.
Bildirilib ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda etiraz aksiyası ilə bağlı heç bir məsuliyyət daşımır və onların legitim etiraz hüquqlarının qarşısının alınmasına məcbur edilə bilməz. Bununla yanaşı, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın yoldan "azad istifadə" etmə tələbini dəyişdirməklə, əslində Laçın yolundan hərbi və iqtisadi məqsədlər üçün sui-istifadə edilməsinə qarşı olduğunu diqqətə çatdırıb.
Məktubda Laçın yolundan sui-istifadə halları diqqətə çatdırılır və Azərbaycanın səlahiyyətləri çərçivəsində yoldan istifadənin təhlükəsizliyinə zəmanət verdiyi, nə Azərbaycan hökumətinin, nə də etirazçıların yolda hərəkətə maneçilik törətmədikləri vurğulanır.
Sənədə həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin avtomobillərinin keçidi barədə məlumat təqdim olunur, 3000-dən yuxarı avtomobillərin yoldan istifadəsinin "blokada" və "gərgin humanitar" vəziyyət barədə iddiaların əsassız olduğunu sübut etdiyi bildirilir. Laçın yolundan istifadənin qanuni və şəffaf olması, yoldan sui-istifadə hallarına yol verilməməsi, bu səylərin tərkib hissəsi kimi, Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsi yaradılması təklifi məktubda xüsusi olaraq vurğulanır. Ermənistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etməsinin Ermənistanın Laçın yolunda şəffaflıqda maraqlı olmadığını və sui-istifadə hallarını davam etdirmək niyyətinin göstəricisi olduğu diqqətə çatdırılır.

Siyasi       Tarix: 11 mart 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler cəbhədən son xəbərlər cəbhədən ən son xəbər bu gunun xeberleri