Azərbaycan XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan XİN Ermənistanın bəyanatına cavab verdi
Ermənistan XİN-in bu ölkənin 2018-ci ildən bəri münaqişənin mərhələli həllinə əsaslanan danışıqlar aparmadığını iddia edən açıqlaması, hətta bu bəyənatın yerli ictimaiyyəti sakitləşdirmək üçün verildiyi aydın olsa belə, çox gülüncdür. Ermənistan XİN-in dürüst şəkildə öz əhalisini münaqişənin həlli üzrə aparılan sülh prosesi barədə məlumatlandırması daha doğru olardı.
2018-ci ildə bu ölkədə hakimiyyət dəyişikliyi baş verəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində sonuncu 21 aprel tarixli videokonfrans da daxil olmaqla 10 görüş keçirilib. Ermənistan XİN-in məntiqi ilə belə çıxır ki, iki ölkə naziri, eləcə də üç ölkənin həmsədrləri, xarici işlər nazirlərinin heç bir işi yoxmuş kimi birgə vaxt keçirib söhbətləşmək üçün görüşüblər?!
Azərbaycanın münaqişənin həlli prosesi və danışıqların əsas prinsipləri barədə mövqeyi ən yüksək səviyyə də daxil olmaqla, hər zaman səsləndirilib. Vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də mövqeyi onların verdikləri bəyanatlarda, o cümlədən 2019-cu ilin 9 mart tarixli bəyanatda açıq şəkildə ifadə olunub. Bunların hamısında münaqişənin mərhələli şəkildə həll olunması elementləri aydın şəkildə görünür.
Həmçinin danışıqlar eyni formatda və eyni gündəlik üzrə davam edir. Belə olmasaydı 21 aprel tarixində məlum bəyanatını səsləndirən Ermənistan xarici işlər naziri bir neçə saat sonra videokonfransda iştirak edib müzakirələrə qatılmazdı.
Ermənistan xarici işlər nazirinin özünün də razılaşdırdığı kimi, əhalisini sülhə hazırlanması istiqamətində addımlar atması daha faydalı olar. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var