Azərbaycan XİN Ermənistanın siyasi-hərbi dairələrinə reallığı qəbul etməyi tövsiyə edir - BƏYANAT
Azərbaycan XİN Ermənistanın siyasi-hərbi dairələrinə reallığı qəbul etməyi tövsiyə edir - BƏYANAT
10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şətaitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.
Bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur. Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir.
12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.
Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik. Bu kimi hallar hər iki tərəfdən hərbçilər arasında qarşılıqlı təmaslar vasitəsilə müzakirə olunaraq, həll oluna bilər və olunmalıdır.
Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir və bu istiqamətində müvafiq addımların atılmasına çağırır. /oxu.az

"Qadın Dəstək Xətti"nə zənglərin sayı iki dəfə artdı
Azərbaycanda pensiyaçıların sayı niyə azalır? - Rəqəmlər açıqlandı
"Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI - FOTO
Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir - FOTOLAR
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib
21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı
Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik
Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi
Babək prospektində yanğın başladı – FOTOLAR
Çempionlar Liqası: "Sabah"ın 2-ci təsnifatdakı rəqibi bəlli oldu
Nağdsız ödənişlər artsa da, bankomat növbələri niyə bitmir? – Ekspertlərdən açıqlama
Rusiya bombaladı, 13 yaşlı idmançı öldü
Füzulidə yanğın: əlavə qüvvə cəlb edildi
DÇ-2026-nın bağlanış mərasimində iştirak edəcək məşhurlar müəyyənləşdi - FOTO
Qordon İlham Əliyevlə birgə fotosunu paylaşdı