Azərbaycan XİN Paşinyanın iddialarına cavab verdi

Azərbaycan XİN Paşinyanın iddialarına cavab verdiXarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri N.Paşinyan tərəfindən 23 mart tarixində səsləndirilmiş əsassız iddialarla bağlı yerli medianın sualına cavab verib.
XİN-dən KONKRET.az-a verilən xəbərə görə, 23 mart 2023-cü il tarixində Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı Azərbaycana qarşı növbəti əsassız iddialar səsləndirib. Bu iddiaları necə şərh edərdiniz? sualına cavabda Ayxan Hacızadə bildirib:
"Tərəfimizdən müfəssəl şəkildə cavablandırılmasına baxmayaraq, Ermənistan Xarici İşlər Nazirliyinin 18 mart tarixində verilmiş bəyanatını inadkarcasına təkrarlayan Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı səsləndirdiyi tamamilə əsassız iddialarını pisləyir və rədd edirik.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hədə olan və Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri heçə sayan Ermənistan rəhbərliyinin təcavüzkar ritorikası Ermənistanın bölgədə sülhdə maraqlı olmadığını göstərir.
Baş nazir Nikol Paşinyana tövsiyə edirik ki, tarixdən dərs çıxararaq, 30 il ərzində Azərbaycan ərazilərini işğal edən, yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən Ermənistanı doğru istiqamətə yönəltsin, Azərbaycanın 2020-ci ildən bəri irəlilətdiyi sülh gündəliyinə mane olmasın, habelə Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərdən əl çəksin.
Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını Azərbaycan tərəfindən Üçtərəfli bəyanatın pozuntusu kimi qələmə verilməsi qəbuledilməzdir. Eynilə, Ermənistan tərəfinin özünü Azərbaycanın erməni sakinlərinin "hüquq müdafiəçisi" kimi təqdim etməyə heç bir mənəvi haqqı yoxdur.
Ermənistanın həm öz ərazisində, həm də 30 illik müddətdə işğal altında saxladığı şəhər və kəndlərdə azərbaycanlılara məxsus mülkləri dağıtmaqla yanaşı, bu ərazilərə qanunsuz şəkildə erməniləri köçürən Ermənistanın Azərbaycanın öz suveren ərazilərində və tarixi torpaqlarında məskunlaşma həyata keçirməsinə qarşı çıxması absurddur. Bu bəyanat həmçinin Ermənistanın dönə-dönə istinad etdiyi Praqa və Soçi razılaşmaları ilə də birbaşa ziddiyyət təşkil edir.
Azərbaycanlıları Ermənistanın indiki ərazisindəki tarixi torpaqlarından zorla qovan, Azərbaycanda yüzlərlə etnik xalqın sülh və əmin-amanlıq şəraitində yaşamasını həzm etməyən və bununla bağlı uydurma fikirlər səsləndirən Ermənistanın monoetnik dövlət olmadığını iddia etməsi erməni saxtakarlığının növbəti nümunəsidir.
Əgər Ermənistan həqiqətən də Azərbaycana qarşı öz ərazi iddialarından, revanşist siyasətindən əl çəkmək niyyəti varsa, bu kimi təcavüzkar ritorikadan imtina etməlidir. Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır".

Siyasi     Baxılıb: 173   Tarix: 23 mart 2023
f Paylaş

Oxşar xəbərlər

"İranın lazımi addımlar atmasını gözləyirik" - Rəsmi Bakı

"İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sobhaninin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronlarının Azərbaycan ərazisindən hücum həyata keçirməsi ilə bağlı səsləndirdiy

Xamenei İsrail üzərində qələbəyə görə xalqı təbrik etdi

İranın dini lideri Əli Xamenei İsraillə qarşıdurmada qələbə münasibətilə xalqı təbrik edib. xəbər verir ki, bu barədə Xameneinin X səhifəsində bildirilib. "Sizi azğın sionist rejim üzərində qələbə münasibətilə təbri

İran Azərbaycanı raketlə vuracaq? - SENSASİON İDDİA

İran rejiminin Azərbaycana qarşı yeni təhlükəli planlar hazırladığı iddia olunur. KONKERT. xəbər verir ki, İran rejiminə müxalif mövqedən yayımlanan Araz News Telegram kanalı sensasion məlumat paylaşıb. Məlumata görə, İra

Putin: "Tramp müdrik və cəsur siyasətçidir"

Rusiya Prezidenti Vladimir Putin keçmiş ABŞ Prezidenti Donald Trampı "müdrik və cəsur siyasətçi" kimi qiymətləndirərək onun Ukrayna ətrafındakı münaqişənin həlli istiqamətində səylərini səmimi adlandırıb. xəbə

DİQQƏT! Saxta teleqram kanalının məlumatı TƏXRİBATDIR - RƏSMİ

Rusiyanın "Azərbaycan diasporu" adlı saxta teleqram kanalında "Azərbaycan icması Bakını Moskva ilə münasibətləri pozmaqda ittiham edib" başlıqlı yazı dərc olunub. Azərbaycan Respublikasının Diasporla İ

Trampdan ŞOK AÇIQLAMA: "Xameneini rüsvayçı ölümdən mən xilas etdim"

ABŞ prezidenti Donald Tramp İranın ali rəhbəri Əli Xameneini İsraillə müharibə və nüvə böhranı fonunda sərt tənqid edib. O, sosial şəbəkədə paylaşımında bildirib ki, İran liderini İsrailin və ABŞ-ın hərbi əməliyyatlarında

Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna ölkəmizə nəzərdə tutulan səfəri ləğv olunub. "Trend"ə istinadən xəbər verir ki, buna səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlılar

Putin: Moskva və Kiyev sülh danışıqlarını davam etdirəcək 

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya və Ukrayna tərəfindən hazırlanmış sülh memorandumu layihələri bir-birinə tam ziddir. Onun sözlərinə görə, bu təəccüblü deyil və Moskva danışıqlar prosesini davam etdirmə

Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində soydaşlarımız qətlə yetirilib, onlarla insan saxlanılıb. Rusiya hüquq-mühafizə orqanları iddia edir ki


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2025 son xeber.az son xeberler az xəbər az