Azərbaycana qarşı ciddi proseslərə START VERİLİB - Rusiya nəyi itirəcək?

Azərbaycana qarşı ciddi proseslərə START VERİLİB - Rusiya nəyi itirəcək?Ermənistanın qeyri – konstruktiv siyasəti regionda siyasi gərginliyi artırır. Havadarlarının dəstəyinə arxalanan düşmən ölkə yeni-yeni təxribatlara əl atır. İki həftədir Laçın sərhəd – keçid məntəqəsinin qarşısına yük avtomobilləri toplayan Ermənistan Azərbaycanı "humanitar fəlakətdə" suçlamaq niyyətindədir. İndi sərhəddəki Kornidzor kəndində dayanan yük maşınlarının sırasına daha bir neçəsi əlavə edilib. Bu prosesdə fəal rol oynayan Fransa daha bir neçə tır "humantar yük"ü sərhəddə dayanan karvana qoşub. Dünən Fransadan gələn yüklər sərhəddə çatdırılıb və gözləməkdə davam edir. Ermənistanın bu addımı göstərir ki, düşmən ölkəni Qarabağda yaşayan ermənilərin taleyi deyil, siyasi ambisiyalar maraqlandırır.
KONKRET.az-a açıqlama verən Qabil Hüseynli bildirdi ki, bu məsələ cox ciddi ssenariləşdirilib və qabaqcadan planlaşdırılan anti-Azərbaycan xarakterli prosesdir:
Azərbaycana qarşı ciddi proseslərə START VERİLİB - Rusiya nəyi itirəcək?"Bu prosesin başında Rusiya dayanır. Çünki humanitar yükləri daşıyan maşınlar Robert Koçaryanın Rusiya ilə yaratdığı birgə müəssisənin maşınlarıdır. Vaxtı ilə həmin maşınlar Rusiyadan Ermənistana silah-sursat daşıyıb. İndi isə humantar yük adı altında Azərbaycana qarşı ssenariləşdirilmiş mürəkkəb oyunun iştirakçılarıdır. Məqsəd dünya ictimai rəyini çaşdırmaq, Azərbaycanın guya bölgədə yaşayan erməniləri etnik təmizləməyə məruz qoyması barədə fikir formalaşdırmaqdır. Qəribəsi odur ki, bölgədə yaşayan ermənilərin həmişə Azərbaycanın ərazisində yaşadıqlarını, əraziyə 200 il əvvəl köçüb gəldikləri, sovet hakimiyyəti illərində də Kremlin onlara Azərbaycan xalqının iradəsinə zidd olaraq muxtar qurum səlahiyyətləri verdiyini nəzərə alan yoxdur. Üstəlik bu ərazilər Qarabağ xanlığının ayrılmaz tərkib hissəsi olub. Həmin ərazilərdə azərbaycanlılarla ermənilərin sayı bərabər olub. İndi həmin ərazidə bir nəfər də azərbaycanlı yoxdur.
Bölgədə Azərbaycan hakimiyyətinə tabe olmaq istəməyən, "humanitar fəlakət" yaşadıqlarını bəyan edən bir ovuc adamdan ibarət toplumun sayı heç 18 min nəfər də deyil. Bura həmçinin qeyri-qanuni Azərbaycan ərazilərində qalan erməni silahlı qüvvələrini də əlavə etmək lazımdır. Bu gün onlar bölgədən etnik təmizlənməyə məruz qalan azərbaycanlıların iştirakı olmadan regionun taleyi haqqında müxtəlif bəyanatlar verirlər. Əslində bu bölgəninn taleyi çoxdan həll olunub. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya, beynəlxalq təşkilatlar qəbul edib. Üstəlik bu ərazilər üzərində Azərbaycanın suverenliyi də qəbul edilib. İndi ipə-sapa yatmayan bir qrup separatçı əslində cinayətkar dəstədir. Onlar Xocalı soyqırımını, Meşəli, Malbəyli, Qaradağlı, Ballıqaya cinayətlərini törədiblər. Bunların vicdanında minlərlə günahsız azərbaycanlının qanı var. İndi bunları müdafiə etmək üçün Rusiyanın ssenariləşdirdiyi tamaşaya Fransa da dəstək verir.
Amerikada da bununla bağlı yanlış fikirlər var. Bölgədə bu məsələyə diqqət yetirəndə regionda son 30 ildə yaşananlara nəzərən siyasi qənaətlərə gəlmək lazımdır. Regiondan təkcə 50 mindən çox azərbaycanlı qovulub, ərazilərimiz yağmalanıb. İndi bunlar hansı haqla Azərbaycan mərkəzi hakimiyyətinə tabe olmaq istəmirlər? Hətta silahlı mübarizəyə hazır olduqlarını bəyan edirlər. Güman olunur ki, onlara siyasi dəstəyi Rusiya və Fransa verir.
Görünür anti-terror əməliyyatları keçirmədən məqsədə nail olmaq mümkün deyil. Azərbaycan prezidentinin çağrışlarını bir dəstə quldur qəbul etmir. Mülki əhalinin nə fikirləşdiyi onları maraqlandırmır. Beləliklə, burada bir şou xarakterli oyun gedir. Hadisələr finala doğru getməkdədir. Ermənilər nə qədər isterikada olsa da, Azərbaycanın məsələnin həllində planları var və həmin planlar da yaxın vaxtlarda həyata keçiriləcək.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 11 avqust 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər qarabag valyuta mezennesi zelzele