Azərbaycana yeni idxal olunan avtomobillər bahalaşdı

Azərbaycana yeni idxal olunan avtomobillər bahalaşdıLoqistika şirkətlərinin xidmətlərinin bahalaşması səbəbindən Azərbaycana yeni idxal olunan avtomobillərin dəyəri artıb.
Bunu "Report"a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib.
"Avtomobil istehsalçıları qiymət artımını daşınma xarclərinin yüksəlməsi və ehtiyat hissələrinin bahalaşması ilə əlaqələndirirlər.
Avtomobil bazarında bu gün fəallıq azalıb, "ikinci əl" maşın bazarında 2-3 ay əvvəlki vəziyyətlə müqayisədə qiymətlər stabildir.
Bazarda yeni avtomobillər arasında daha çox "Crossover" və "Mini Crossover"lərə üstünlük verilir. "İkinci əl" avtomobil bazarında isə hazırda daha çox satılan sedan seqmentində olan 1500 – 2000 kubsantimetr mühərrik həcmli avtomobillərdir".
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev "Report"a bildirib ki, avtomobil bazarında durğunluğun əsas səbəbi istehsalçı şirkətlərin tələbi qarşılaya bilməməsidir, nəticədə isə alıcıların seçimi məhduddur:
"Ölkədə tələb var, amma istehsalçı zavodlar yerli dilerləri avtomobillə təmin edə bilmirlər. Pandemiyadan sonra yaranan bu vəziyyət hələ də davam edir.
Hibrid avtomobillərə kifayət qədər tələb var, sadəcə ölkəyə məhdud sayda göndərilir. Təklif az olduğu üçün də bu modeli almaq istəyən alıcılar gözləmək məcburiyyətində qalırlar".
E.Əliyev bazara yeni idxal olunan avtomobillərin bahalaşmasını istehsalçı tərəfindən qiymətlərin artırılması, gömrük və logistika xərclərinin yüksəlməsi ilə əsaslandırır:
"Logistika xərclərinin az qala hər ay artması bazardakı qiymətlərə təsir edir. Amma bəzi rəsmi dilerlər öz marjalarını azaldaraq avtomobillərin qiymətini stabil saxlamağa çalışırlar".
Onun sözlərinə görə, hazırda Azərbaycanda "ikinci əl" avtomobillər utilizasiya rüsumundan asılıdır: "İkinci əl" bazarındakı durğunluğun bir səbəbi də ölkədə köhnə avtomobillərin utilizasiyası ilə bağlı prosesin aktuallaşması və utilizasiya haqqında qanunun parlamentdə müzakirəyə çıxarılmasıdır.
"İkinci əl" avtomobil almaq istəyən vətəndaşlar hələlik bu barədə veriləcək yekun qərarı gözləyirlər".
Ekspert ümid edir ki, yaxın illərdə Azərbaycanda istehsal tarixi köhnə avtomobillərin üçüncü ölkələrə satışı təşkil olunacaq:
"Biz Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası olaraq bu məsələ ilə bağlı hökumət üçün bir layihə üzərində işləyirik. Hazırda Azərbaycanın avtomobil parkının çox hissəsi köhnə avtomobillərdən ibarət olduğu üçün yenilənməyə çox ehtiyac var.
İstismar müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalının məhdudlaşdırılması ilə bağlı qərarın qəbulu, elektromobillərin təşviqatı da bazarda alıcılıq qabiliyyətinə təsir edir.
Son zamanlar köhnə avtomobillərlə bağlı olan qərarlar insanların "ikinci əl" maşın bazarına olan marağının azalmasına səbəb olub. Alıcılar daha əlverişli şərtlərlə təzə maşın almaq istəyirlər".

Sosial       Tarix: 08 avqust 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


son xeberler azerbaycan xeberleri yeni xeberler sou xeberler xeberlər son xabarlar son xeberler azerbaycan