Azərbaycanda 10 audit şirkətinin lisenziyası dayandırıldı
Azərbaycanda 10 audit şirkətinin və 6 sərbəst auditorun lisenziyası müvəqqəti dayandırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Auditorlar Palatasından bildirilib. Məlumata görə, audit fəaliyyəti dayandırılan şirkətlər "Audit Planning and Strategy" MMC, "Bakinar Audit" MMC, "Capital Audit" MMC, "KF Audit" MMC, "East İnvest Finance and Accounting" MMC, "Max Audit" MMC, "Proqress Audit" MMC, "Rasional Audit" MMC, "Solutions Audit Services" MMC və "T. A. T Global Audit" MMC-dir.
Qeyd edilib ki, Auditorlar Palatası Şurasının qərarına əsasən sözügedən şirkətlər üzvlük haqqı borclarını bu il yanvarın 20-dək tam ödəmədikləri üçün yanvarın 22-dən onların audit fəaliyyəti dayandırılıb. Həmçinin, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə də məlumat verilib.
Auditorlar Palatasından o da əlavə edilib ki, sözügedən şirkətlərin konsaltinq xidməti göstərməsi ilə bağlı hər hansı bir məhdudiyyət tətbiq edilməyib. Üzvlük haqqları ödənildikdən sonra isə onların audit fəaliyyəti bərpa edilə bilər.
Qeyd edək ki, audit şirkətlərinin Palataya illik üzvlük haqqı 5972 manat, sərbəst auditorların üzvlük haqqı isə 2920 manat təşkil edir.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR