"Azərbaycanda 1,1 milyon insanın pensiyası artdı" - İqtisadçı ekspertdən açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı son Sərəncamla ölkədə 1,1 milyona yaxın vətəndaşın pensiyası artırılıb və artımlar artıq qüvvəyə minib. Yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır. 
İqtisadçı ekspert Elşən Bağırzadə azxeber.com-a açıqlamasında bildirib ki, bu artım pensiyaçıların real gəlirlərindəki azalmanı qismən kompensasiya etməyə xidmət edir:
"Pensiyaların artırılması ilk növbədə artan yaşayış xərcləri fonunda pensiyaçıların sosial müdafiəsini gücləndirir və onların real gəlirlərindəki azalmanı qismən kompensasiya etməyə xidmət edir. Bu, xüsusilə sabit gəlirli əhali qrupları üçün əhəmiyyətlidir və sosial dövlət prinsipinin praktik təzahürü kimi görünür.
İkincisi, pensiyaların artırılması daxili tələbi stimullaşdıran amildir. Pensiyaçıların gəlirlərindəki artım əsasən yerli bazarda xərcləndiyi üçün bu, pərakəndə ticarətə və xidmət sektoruna müsbət təsir göstərir və iqtisadi aktivliyi dəstəkləyir".
İqtisadçı qeyd edib ki, pensiya artımlarının effektivliyi onların real alıcılıq qabiliyyətinə təsiri ilə ölçülməlidir:
"Pensiya artımlarının effektivliyi onların real alıcılıq qabiliyyətinə təsiri ilə ölçülməlidir. Əgər qiymət artımları daha sürətli olarsa, nominal artımın sosial rifaha təsiri məhdud qala bilər. Bu baxımdan indeksasiya mexanizmlərinin daha çevik və inflyasiya ilə daha sıx əlaqələndirilməsi vacibdir. Eyni zamanda sosial xərclərin genişləndirilməsi fiskal dayanıqlıq məsələsini də aktuallaşdırır. Uzunmüddətli perspektivdə pensiya sisteminin maliyyə sabitliyinin qorunması üçün məşğulluğun artırılması, formal əmək bazasının genişləndirilməsi və sosial sığorta daxilolmalarının gücləndirilməsi həlledici rol oynayır".
E.Bağırzadə bildirib ki, sosial rifahın davamlı şəkildə yüksəldilməsi üçün yalnız transfertlərin artırılması kifayət deyil:
"Sosial rifahın davamlı şəkildə yüksəldilməsi üçün yalnız transfertlərin artırılması kifayət deyil. Paralel olaraq məhsuldarlığı artıran iqtisadi siyasət, yüksək maaşlı iş yerlərinin yaradılması və iqtisadi diversifikasiya daha fundamental təsir yaradır. Ümumilikdə, pensiyaların artırılması müsbət sosial siqnal olmaqla yanaşı, bu addımın struktur iqtisadi siyasətlə tamamlanması onun uzunmüddətli effektivliyini müəyyən edəcək əsas amillərdən biridir".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 12 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler bugunun xeberleri krimnal bugun son xeberler 2026 ən son xəbərlər