Azərbaycanda 167 nəfərdə İİV-ə yeni yoluxma halı aşkarlanıb

Azərbaycanda 167 nəfərdə İİV-ə yeni yoluxma halı aşkarlanıbBu ilin I rübü ərzində Azərbaycanda 167 nəfərdə İİV-ə yeni yoluxma halı aşkar edilib.
Milli.Az xəbər verir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov Trend-ə bildirib ki, onların 164-ü (98,2%) Azərbaycan vətəndaşlarında, 3-ü (1,8%) isə əcnəbilərdə aşkarlanıb. Azərbaycan vətəndaşları arasında 2020-ci il ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 13,4%-i, 1987 - 01.04.2020-ci illər ərzində isə aşkar olunan halların 40,5%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Qeydiyyata alınmış 164 yerli sakinin 109-u (66,5%) kişi, 55-i (33,5%) qadındır. Bu dövr ərzində Azərbaycan vətəndaşı olan 33 nəfər İİV xəstəsində xəstəlik QİÇS mərhələsinə keçib, eyni zamanda 12 nəfər Azərbaycan vətəndaşı İİV infeksiyasından dünyasını dəyişib.
N.Zülfüqarov qeyd edib ki, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2020-ci ilin I rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 6957 nəfər şəxs rəsmi qeydiyyatdadır. Onların 4860-ı (69,9%) kişi, 2097-si (30,1%) qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayı 1849 nəfər, İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1054 nəfər olub.
Mərkəz rəsmisi əlavə edib ki, qeydiyyata götürülən ölkə vətəndaşlarının 40,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 48,6%-də heteroseksual, 3,2%-də isə homoseksual kontakt nəticəsində, 1,6%-də anadan uşağa keçməklə, 0,01%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. İnfeksiyaya yoluxanların 6,1% -də yoluxma yolu müəyyən edilməyib.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 06 may 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


azerbaycan xeberleri yeni xeberler son xeberler meherremlik 2026 cebheden xeberler cəbhədən son vəziyyət son xeberler bugun