Azərbaycanda 3 və daha çox uşağı olan analara da erkən pensiya hüququ veriləcək? - AÇIQLAMA

Azərbaycanda 3 və daha çox uşağı olan analara da erkən pensiya hüququ veriləcək? - AÇIQLAMAMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli pensiyaya çıxmaqla bağlı mövcud güzəştlərin genişləndirilməsinin vacibliyini vurğulayıb.
O qeyd edib ki, hazırda 5 il tez pensiyaya çıxmaq hüququ yalnız 5 və daha çox uşağı olan analara verilir. Deputatın fikrincə, bu güzəştin dairəsi genişləndirilməli və 3 və daha çox uşağı olan ailələrin nümayəndələrinə də şamil edilməlidir.
Azərbaycanda 3 və daha çox uşağı olan analara da erkən pensiya hüququ veriləcək? - AÇIQLAMAİqtisadçı ekspert Elşən Bağırzadə azxeber.com-a açıqlamasında bildirib ki, bu addım sosial siyasət baxımından müsbət hesab oluna bilər:
"Bu addım sosial siyasət baxımından müsbət hesab oluna bilər. Çünki çoxuşaqlı anaların ailə və cəmiyyət üçün rolu böyükdür və onların əmək fəaliyyətinə daha erkən son verməsi həm sosial rifah, həm də ailə institutunun möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Onu da nəzərə almaq lazımdır ki, ölkədə əhalinin sayı, doğrum səviyyəsi azalır. Bu baxımdan doğumu təşviq edən bu tipli siyasətlər müsbət nəticələr verə bilər".
Ekspert deyib ki, belə güzəştlər pensiya sisteminin uzunmüddətli maliyyə dayanıqlığı baxımından diqqətlə qiymətləndirilməlidir:
"Digər tərəfdən, belə güzəştlər pensiya sisteminin uzunmüddətli maliyyə dayanıqlığı baxımından diqqətlə qiymətləndirilməlidir. Əgər bu qərar genişləndirilərsə və ya oxşar güzəştlər digər qruplara da şamil olunarsa, Dövlət Sosial Müdafiə Fonduna əlavə yük yarada bilər. Ona görə də bu tip qərarların yalnız sosial zərurət və fiskal imkanlar nəzərə alınmaqla verilməsi vacibdir". 
İqtisadçı vurğulayıb ki, bu təşəbbüs sosial siyasətin humanist yönünün gücləndirilməsi üçün vacibdir:
"Ümumilikdə, bu təşəbbüs sosial siyasətin humanist yönünün gücləndirilməsi, Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi kimi məqsədlər baxımından müsbət qiymətləndirilə bilər, amma uzunmüddətli perspektivdə pensiya sisteminin sabitliyini qorumaq üçün də əlavə təhlil və hesablamalar aparılmalıdır. Nəzərə almaq lazımdır ki, ölkədə işləyən əhaliyə düşən pensiyaçıların sayı heç də az deyil, məşğulluq imkanları azaldıqca, əhali yaşlandıqca obu rəqəm daha da artacaqdır".
Şahanə Ziyad

Sosial       Tarix: 13 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberlər sosial yardim cəbhədən xəbər gunun xeberleri