Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiymətində dəyişiklik edilib

Azərbaycanda Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiymətində dəyişiklik edilib. 
Oxu.Az-ın əldə etdiyi məlumata görə, "Aİ-95" premium markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək. 
Buna qədər litri 1,6 manatdan satılan benzinin qiymətinin artmasına səbəb isə dünya bazarlarında müşahidə olunan qiymət artımıdır. Belə ki, "Aİ-95" premium markalı benzin ölkəmizdə istehsal olunmadığı üçün xaricdən idxal edilir. Məhsulun idxal dəyərinin artması onun ölkəmizdəki satış qiymətlərinin də artmasına səbəb olub. 
Ümumiyyətlə, "Aİ-95" markalı benzinin qiyməti qlobal bazarlardakı neft qiymətlərindən birbaşa olaraq asılıdır. Misal olaraq, qiymətlərdəki 2020-ci ilin martın 13-də qeydə alınan azalmanı göstərə bilərik. Həmin vaxt "Aİ-95" premium markalı benzin dünyadakı neft qiymətləri fonunda ölkəmizdə 1,5 manatdan 1,2 manata qədər (20 faiz) ucuzlaşmışdı.
Lakin hazırda dünya bazarında neft qiymətlərinin 50 dollar səviyyəsindən 100 dollardan daha artıq dəyərə qədər yüksəldiyini nəzərə aldıqda, "Aİ-95" premium markalı benzinin qiymətindəki artımın qaçılmaz olduğu anlaşılır. 
Qeyd edək ki, dünya ölkələrində Aİ-95 markalı benzinin satış qiyməti ölkəmizlə nisbətdə olduqca yüksəkdir. Üstəlik, hətta Azərbaycandakı müvafiq qiymət artımından sonra belə əksər ölkələrlə müqayisədə Azərbaycanda "Aİ-95"in qiyməti olduqca məqbul hesab oluna bilər.
Məsələn, qonşu Gürcüstanda "Aİ-95" markalı benzinin qiyməti müvafiq olaraq 1,34 ABŞ dolları (2,27 manat) təşkil edir. Daha bir qonşumuz olan Türkiyədə isə sözügedən qiymət 1,46 dollara (2,48 manat) bərabərdir. Azərbaycanda "Aİ-95" Premium markalı benzinin yeni qiyməti Avropa ölkələrindəki qiymətdən də kifayət qədər aşağıdır. Məsələn, cənub-şərqi Avropa ölkəsi Rumıniyada bu rəqəm müvafiq olaraq 1,68 dollar (2,85 manat), qərbi Avropa ölkəsi olan İsveçrədə isə 2,36 dollara (4,01 manat) çatır. 
"Aİ-95" premium markalı benzinin bahalaşmasının Azərbaycan əhalisinə təsiri isə minimum həddə olacaq. Belə ki, ölkəmizdə sözügedən markalı benzin yalnız lüks avtomobillər tərəfindən istifadə olunur. Azərbaycanda istehlak olunan benzin markaları arasında "Aİ-95" premium markalı benzinin payı cüzidir. Ölkəmizdə əsasən "Aİ-92" və dizel markalı yanacaqdan istifadə olunur. 
Beləliklə, xüsusən vurğulamaq lazımdır ki, Azərbaycanda kütləvi şəkildə istifadə olunan Aİ-92 markalı benzinin qiymətində heç bir dəyişiklik edilməyib. Yaxın vaxtlarda da sözügedən markalı benzinin qiymətində hər hansı bir artımın olması gözlənilmir.

İqtisadiyyat       Tarix: 13 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeberler bugun xeberler xeber.az bu gun enson xeberler