Azərbaycanda aqroturizmlə bağlı VACİB ADDIM

Azərbaycanda aqroturizmlə bağlı VACİB ADDIMAzərbaycanda aqroturizmlə bağlı VACİB ADDIM
Dövlət Turizm Agentliyi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlığı çərçivəsində kənd təsərrüfatı və turizmyönümlü fəaliyyətlərin birləşməsindən yaranan aqroturizm imkanlarından istifadəni təşviq məqsədilə "Aqroturizm fəaliyyətlərinin təşkili üzrə bələdçi kitabı" hazırlanıb.
Agentliyin nümayəndəsi Könül Nuriyeva bu barədə Oxu.Az-a məlumat verib.
Onun sözlərinə görə, aqroturizm kənd təsərrüfatı və turizmyönümlü fəaliyyətlərin birləşməsindən yaranan xidmət sahəsi olub:
"Fermerlər üçün böyük investisiya tələb etməyən, maddi və qeyri-maddi turizm resurslarından istifadə edərək, yeni gəlir mənbəyi yaratmaq vasitəsidir.
Aktiv şəkildə kənd təsərrüfatı ilə məşğul olan fermerlər, bağbanlar və digər kənd təsərrüfatı subyektləri və öz təsərrüfatlarını həm də  aqroturizm destinasiyası kimi təşkil etmək istəyən və hazırda aqroturizm xidmətləri təqdim edən sahibkarları düzgün istiqamətləndirmək üçün "Aqroturizm fəaliyyətlərinin təşkili üzrə Bələdçi kitabı"nın hazırlanmasına qərar verildi. 
Kitabın hazırlanmasında dünya təcrübəsi və bu sahə üzrə ixtisaslaşmış ölkələr nəzərdən keçirilib, Lənkəran, Gədəbəy, Daşkəsən, Tovuz və Göygöl rayonlarından ümumilikdə 10 kənd olmaqla, 15 fermerlə müzakirələr aparılıb. 
"Aqroturizm fəaliyyətlərinin təşkili üzrə bələdçi kitabı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Özəl sektorun inkişafına dəstək layihəsinin maliyyə dəstəyi və Dövlət Turizm Agentliyi ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gətirilib".
O qeyd edib ki, kitab ilkin halda 100 ədəd çap edilib, fermerlərə paylanılması nəzərdə tutulub. 
"Aqroturizm fəaliyyətlərinin təşkili üzrə bələdçi kitabı"nı əldə etməklə fermerlər qeyd olunan istiqamətlər üzrə maariflənmiş olacaqlar:
- Aqroturizm nədir və onun faydaları nədən ibarətdir?
- Aqroturizm fəaliyyətinə kimlər başlaya bilər?
- Turistlərin aqroturizmi seçməsində əsas təsir edən amillər hansılardır və turistlərin davamlılığını necə qorumaq lazımdır?
- Aqroturizm fəaliyyətinə başlayan zaman mövcud kənd təsərrüfatı və turizm resursları necə qiymətləndirilməlidir?
- Öz təsərrüfatımızın GZİT və TİZG təhlilini necə aparmalı?
- Aqroturizm fəaliyyəti göstərən zaman yerləşdirmə vasitələrini necə təşkil etməli və bilməli olduğumuz əsas etiket qaydaları hansılardır?
- Öz təsərrüfatımızın/biznesimizin tanıtımını, marketinqini necə aparmalı, sosial media vasitələrindən necə istifadə etməli?
- Aqroturizm fəaliyyəti zamanı müştəri məmnuniyyətini necə yüksəltməli və təhlükəsizlik qaydalarına riayət etməli?
- Aqroturizm fəaliyyətinə başlayarıqsa, dövlət tərəfindən hansı güzəşt və dəstək əldə edə bilərik.
K.Nuriyeva əlavə edib ki, eyni zamanda, kənd turizminin inkişaf etdirilməsi "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" və "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda qarşıya qoyulmuş öhdəliklər sırasındadır:
"Kənd təsərrüfatı və turizm sektorları regionların sosial, həm də iqtisadi inkişafında, eləcə də, iqtisadiyyatın diversifikasiyasında mühüm rol oynadığından layihənin fermerlər arasında tanıtımı və tətbiqindən gözlənilən nəticələr onların maddi rifah halının yüksəlməsi, alternativ gəlirlər əldə etməsinə imkanların yaradılması, regionun və az tanınan destinasiyaların geniş turist kütləsi arasında tanıdılması olacaq".

Turizm       Tarix: 11 yanvar 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberleri xəbərlər.com son xeberler az son xabar