Azərbaycanda arzuolunan dəyişiklik - 4 milyon nəfər gəlir

Azərbaycanda arzuolunan dəyişiklik - 4 milyon nəfər gəlirPrezident İlham Əliyev Azərbaycanda turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb. Sənəddə turizmə investisiyaların təşviqi, qanunvericiliyin təkmilləşdirilməsi və hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılması nəzərdə tutulur.
Bu sərəncam Azərbaycan turizminə hansı faydaları verəcək?
KONKRET.azxəbər verir ki, bu barədə Globalinfo.az-a turizm eksperti Ceyhun Aşurov danışıb.
O deyib ki, sənəddə 2030-cu ilə qədər əcnəbi turistlərin sayının təxminən 4 milyona çatdırılması proqnozlaşdırılır:
"Əlbəttə, bu rəqəmə çatmaq üçün atılacaq addımlar da proqramda geniş şəkildə əks olunub. Burada çarter reyslərinin subsidiyalaşdırılması, regionlardakı hava limanlarından səmərəli istifadə, vizaların sadələşdirilməsi, hədəf bazarlardan gələn turistlər üçün vizaların aradan qaldırılması, birbaşa uçuşların sayının artırılması, rekreasiya zonalarında turizmin təşviqi, sahibkarlığın dəstəklənməsi, yeni otellərin tikintisinin təşviqi, xaricdən turist gətirən turizm şirkətlərinə əlavə stimulların verilməsi kimi bir sıra tədbirlər nəzərdə tutulur. Bütün bunlar həyata keçirilərsə, təbii ki, turizmdə ciddi dəyişiklikləri görə bilərik. Bu, kifayət qədər ciddi bir sənəddir və orada göstərilən rəqəmlər elə də əlçatmaz deyil. Rəqəmlər kifayət qədər real hesablanıb və biz inanırıq ki, həmin göstəricilərə çatmaq mümkündür".
C.Aşurovun fikrincə, əgər bütün tədbirlər düzgün şəkildə tətbiq olunarsa, bunun effektini gələn ildən hiss edə bilərik:
"Çünki ilk növbədə uçuşların və hava nəqliyyatının səmərəli şəkildə təşkil olunması, qiymətlərin optimallaşdırılması və ölkəyə gəlməyi asanlaşdıran digər addımların atılması gözlənilir. Bütün bunlarla yanaşı, düzgün tətbiq olunduğu və hər hansı gözlənilməz hadisə baş vermədiyi halda, növbəti ildən ölkəmizə gələn əcnəbi turistlərin sayının, onların xərclərinin, turizmdən əldə olunan gəlirlərin və məşğulluğun artması kifayət qədər real görünür".

Siyasi       Tarix: 22 avqust 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsind

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 cəbhədən son xəbər son xeberler bugun 2026 azerbaycan xeberler bugun 2026