Azərbaycanda azad sahibkarlıq və liberal iqtisadiyyat necə təşkil edilir? - Millət vəkilindən AÇIQLAMA

Azərbaycanda azad sahibkarlıq və liberal iqtisadiyyat necə təşkil edilir? - Millət vəkilindən AÇIQLAMAGüclü və demokratik dövlətin qurulması üçün azad sahibkarlığın və liberal iqtisadiyyatın təmin edilməsi çox önəmlidir. Məhz güclü iqtisadiyyat dövlətin hərbi-siyasi potensialını artırır. Beləcə iqtisadiyyatı dirçələn ölkə diqtə edən tərəfə çevrilir. İqtisadiyyatın inkişafı isə sahibkarlara münbit şəraitin yaradılması, azad bazar və rəqabət mühitinin formalaşdırılması ilə sıx bağlıdır. Elə bu səbəbdən də Azərbaycan hökumətinin qarşıya qoyduğu vəzifələr arasında azad sahibkarlığın və liberal iqtisadiyyatın təşkili məsələsi önəmli yer tutur. Dövlətin bu istiqamətdə bir sıra vacib addımlar atdığı hər kəsə bəllidir.  Belə ki, Ələt Azad İqtisadi Zonasının yaradılması, sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin və subsidiyaların verilməsi, eləcə də kiçik və orta sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması bu dəstəyin əyani nümunəsidir. Qeyd etmək lazımdır ki, iqtisadiyyatın liberal mahiyyəti tarixən formalaşan klassik yanaşmaların ən maraqlı istiqamətlərindən biri hesab olunur. Liberal iqtisadiyyat həm də xalqlar arasında ticarətin asanlaşdırılmasını, məhsul və xidmətin azad hərəkətini, hər iki tərəfin maksimum yararlana biləcəyi iqtisadi fəaliyyəti nəzərdə tutur.
Mövzunu KONKRET.az-a şərh edən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı istiqamətində bu günə kimi dövlət tərəfindən böyük islahatlar həyata keçirilib və hazırda sözügedən proses davam edir: "Sahibkarlıq subyektlərinin sərbəst fəaliyyətini təmin etmək sahibkarlığın inkişafında mühüm rol oynayır. Bu istiqamətdə aparılan işlərin bir qismi kimi həm institutsional islahatları, həm də qanunvericiliyə edilən dəyişiklikləri qeyd edə bilərəm. Vergi Məcəlləsinə edilən 200-dən çox dəyişiklik vergi ödəmə sistemini daha da sadələşdirib. Bütün bunlar sahibkarlığın daha şəffaf iqtisadiyyata inteqrasiya olunmasına və inkişafına öz töhfəsini verib. Hazırda sahibkarlar dövlətə vergi ödəməklə, heç bir müdaxilə olmadan və  tam sərbəst şəkildə öz fəaliyyətini qurmaq imkanı əldə edib".
Deputat əlavə edib ki, son illər Azərbaycanda sahibkarların qeydiyyatdan keçməsi məsələsi xeyli sadələşdirilib: "Bir pəncərə sistemi vasitəsilə qısa zaman kəsiyində hər bir şəxsin öz sahibkarlıq fəaliyyətini rəsmiləşdirmək imkanı var. Bütün bunlarla yanaşı Azərbaycanda sözügedən sahənin inkişafı istiqamətində dövlət proqramları həyata keçirilir. Sahibkarlığın İnkişafı Fondu yaradılıb. Bu fond vasitəsilə sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə kreditlər təqdim olunur. Həmçinin, onların sərbəst fəaliyyəti üçün bu günə kimi müəyyən ərazilərdə bir neçə sənaye zonaları, sənaye məhəllələri istifadəyə verilib. Həmin sənaye obyektlərində, istehsal sahələrinin qurulmasında sahibkarlara uzun müddətli vergi güzəştləri tətbiq olunur. Həmçinin bu zonalarda onlara səmərəli infrastruktur təqdim edilir. Sahibkarlıq subyektlərinin azad və sərbəst fəaliyyətinin təmin edilməsi üçün dövlət tərəfindən tətbiq edilən proqramları vurğulamaq yerinə düşər. Məsələn, aqrar sahənin  inkişafı məqsədilə bu sektorda fəaliyyət göstərən hər bir sahibkar torpaq vergisi istisna olmaqla digər bütün vergilərdəna azad olunub".
Azərbaycanda azad sahibkarlıq və liberal iqtisadiyyat necə təşkil edilir? - Millət vəkilindən AÇIQLAMAAzər Badamovun sözlərinə görə, ölkədə investisiya proqramları uğurla icra olunur: "Bu investisiya proqramında qeydiyyatdan keşçən sahibkarlıq subyektləri bəzi vergilərdən azad edilib. İxracın təşviqi proqramı tətbiq olunur ki, bununla da ölkəmizdə istehsal edilən məhsulların ixracına görə həmin sahibkarlara dövlət büdcəsindən əlavə vəsaitlər ödənilir. Bu addım ixracyönümlü məhsulların stimullaşdırılması istiqamətində görülən ən vacib tədbirlərdən biri kimi qiymətləndirilə bilər.  Azərbaycan sahibkarlıq fəaliyyəti üçün ən optimal mühit formalaşdırmış ölkələrdən biri hesab olunur. Günümüzdə ölkəmizə yatırılan investisiyanın həcminin artımı bunu bir daha sübut edir. Azərbaycanda sahibkarlara yaradılan şərait həm də xarici investorlar üçün məqbuldur. Belə ki, investorlar ölkəmizə sərmayə yatırmağa meyllidir. Ümumilikdə götürsək ölkədə bu istiqamətdə formalaşan mühit pozitivdir. Hər bir sahibkarın sərbəst fəaliyyətinin təmin olunması üçün dövlət əlindən gələni edir. Çünki sahibkarlıq subyektləri dövlətin əsas aparıcı qüvvəsidir.Dövlət gəlirləri vergilər üzərində formalaşır. Biz sahibkarlıq mühitini yaxşılaşdırmaqla dövlət büdcəsinin daha da mükəməl formalaşmasına şərait yaratmış oluruq".
Azər Badamov sahibkarların rastlaşdığı problemlərdən də söz açıb: "Bu gün sahibkarlarımızın rastlaşdığı müəyyən çətinliklər də var. Xüsusilə idxal-ixrac məsələləri ilə məşğul olan sahibkarlar bəzi problemlərdən əziyyət çəkir. Dünya bazarında yaranan vəziyyət də bu məsələyə öz təsirini göstərir. Qiymətlərdə ciddi artımlar var. Həmçinin bu gün dünyada bazarlar da sabit deyil. Lakin sahibkarların qarşısına çıxan bütün problemlər dövlət dəstəyi ilə aradan qaldırılır".
Şəbnəm Mehdizadə, 
KONKRET.az
P.S Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşkili" mövzusuna uyğun olaraq dərc edilir.
Azərbaycanda azad sahibkarlıq və liberal iqtisadiyyat necə təşkil edilir? - Millət vəkilindən AÇIQLAMA 

Sosial       Tarix: 29 aprel 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


yeni xeberler azerbaycan xeberleri son xeberler az xeber valyuta mezennesi cəbhədən canlı metbuat