Azərbaycanda bəzi yerlərə qar yağıb - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin aprelin 8-i saat 18:00-a olan məlumatına əsasən, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Ağstafa, Tovuz, Gəncə, Şəmkir, Ceyrançöl, İsmayıllı, Oğuz, Balakən, Zaqatala, Şəki, Mingəçevir, Xınalıq, Ləzə, Şirvan, Qax, Qrız, Yevlaxda arabir yağış, Şahdağda isə qar yağıb.
Xidmətdən bildirilib ki, yağan yağışlarla əlaqədar bəzi çaylarda sululuq bir qədər də artıb.
"Avtomat hidroloji stansiyalardan əldə olunan məlumata əsasən, bu gün Böyük Qafqaz ərazisindən axan Katexçay-Qəbizdərə məntəqəsində suyun səviyyəsində 11 sm, Qudiyalçay-Qımıl, Vəlvələçay-Afurca və Qaraçay-Rük məntəqələrində 1 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçay-Əsrikcırdaxan məntəqəsində 2 sm, Kür çayının Qıraqkəsəmən və Qabırrı çayının Kəsəmən məntəqələrində isə 1 sm artım müşahidə olunub".
A.Verdiyev qeyd edib ki, aprelin 8-i axşam saatlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi, 9-u gün ərzində ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
"Təbiətsevərləri istirahət günlərində ölkənin milli parklarını ziyarət etməyə və baharın gözəlliyindən, təravətindən zövq almağa dəvət edirik". / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi