Azərbaycanda bu bank kredit verilişini dayandırdı

Azərbaycanda bu bank kredit verilişini dayandırdı"Bank BTB" kredit verilişinə məhdudiyyət tətbiq etməyə başlayıb.
KONKRET.azxəbər verir ki, bu barədə "APA-Economics" banka istinadən xəbər yayıb.
Məlumata görə, son bir həftədə nağd kredit verilişinə 3 min manat limit müəyyən edilib. Kredit üzrə illik faiz dərəcəsi 22%, komissiya isə 1-3% təşkil edir. Bildirilib ki, qərar bank rəhbərliyi tərəfindən verilib və müvəqqəti xarakter daşıyır.
Qeyd edək ki, bundan əvvəl isə bank rəsmi əmək haqqının 10 misli həcmində müştərilərə nağd pul krediti təklif edirdi.
Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.
Modern.az saytı isə sözügedən bankın bağlanma ehtimalı haqda məlumat yayıb. Bildirilib ki, "Bank BTB" bu yaxınlarda 2023-cü ilin 9 ayı üzrə maliyyə hesabatlarını açıqlayıb. Hesabatdan məlum olur ki, Bank 2023-cü ilin III rübünü 987 min manat xalis zərərlə başa vurub. 2022-ci ilin müvafiq dövründə isə bank 5 milyon 714 min manat xalis zərər açıqlamışdı.
Cari ilin ilk 9 ayında "Bank BTB"nin cəmi öhdəlikləri 327 milyon 537 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1% və ya 3.3 milyon manat çoxdur. Bankın depozit portfeli (Müştərilərin depozitləri) cari ilin ilk 9 ayında 7.5% və ya 11.9 milyon manat azalaraq 147 milyon 322 min manata enib.
Ümumilikdə, 2023-cü il oktyabr ayının 1-nə "Bank BTB"nin cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 1.7% və ya 832 min manat azalaraq 49 milyon 222 min manat təşkil edib.
"Mətbuatda yayılan məlumatlara görə, bankın filial şəbəkəsi sürətlə kiçilir. Bildirilir ki, işçilərinin bir hissəsinin ixtisarı ilə yanaşı, bankın filialları da bağlanır. Son iki ildə "Bank BTB"nin ümumilikdə 8 filialı və şöbəsi bağlanıb. 2021-ci ildə 3 filial, 2022-ci ildə isə 5 filial fəaliyyətini dayandırıb" – deyə xəbərdə qeyd olunur.

Sosial       Tarix: 25 noyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


son xeberler azerbaycan xeberleri yeni xeberler krimnal bugun valyuta məzənnələri xeberler xeber.az son xeberler