Azərbaycanda bu məhsulun tədarükü kəskin azaldı
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan neft bitumu tədarükü 2022-ci ilin analoji dövrü ilə müqayisədə 1 623 ton olub.
KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Beləliklə, ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 55 dəfə azalıb.
İxracın dəyəri 2022-ci ilin doqquz ayındakı təqribən 25,4 milyon dollardan 404 min dollara düşməklə təqribən 63 dəfə azalma nümayiş etdirib.
Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan xam neft və neft məhsulları ixracının həcmi bu ilin yanvar-sentyabr aylarında 2022-ci ilin analoji dövründəki 19,5 milyon tonla müqayisədə 2,05 faiz artaraq, təqribən 19,9 milyon tona çatıb.
Hesabat dövründə Azərbaycanın ümumi ixrac həcmində xam neft və neft məhsullarının payı ötən ilki 50,46 faizlə müqayisədə 45,79 faiz olub.
Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarına üç boru ilə – Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərləri ilə nəql olunur. Hazırda Bakı-Supsa boru kəməri ilə nəql dayandırılıb.
Bundan başqa, neft dəmir yolu ilə Gürcüstanın Batumi və Kulevi terminallarına ixrac olunur. //TREND

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"