Azərbaycanda bu qadağaya görə evlər BAHALAŞACAQ

Azərbaycanda bu qadağaya görə evlər BAHALAŞACAQAzərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı genişləndirilir. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilən "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar Mülki Məcəlləyə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına əlavə ediləcək. Bəs bu hal evlərin maya dəyərinə necə təsir edəcək?
Asbest - incə liflərdən ibarət mineral maddədir. Onun yüksək istilik müqaviməti, kimyəvi maddələrə dayanıqlığı və uzunömürlülüyü səbəbindən uzun illər tikinti materialları, izolyasiya məhsulları, sement və şifer istehsalında geniş istifadə olunub. Azərbaycanda da bu material xüsusilə dam örtüklərində tətbiq olunub.
Son elmi araşdırmalar göstərir ki, asbestin lifləri insan orqanizminə daxil olduqda ağciyər xərçəngi, mezotelyoma və xroniki ağciyər xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinə yol açır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, asbest bütün formalarda kanserogen hesab olunur. Liflər nəfəs yolu ilə daxil olduqda xəstəliklərin inkişafı illərlə davam edə bilər və müalicəsi çətindir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə 1 045 ton asbest və 27 634 ton tərkibində asbest olan təbəqələr idxal edilib. Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.
Vurğulanıb ki, elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur.
BMT-nin "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında" Bazel Konvensiyası ilə asbest təhlükəli maddə kimi təsnifatlandırılıb.
"Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üçün əvvəlcədən məlumatlandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"nda (ölkəmiz bu konvensiyaya 30 sentyabr 2025-ci il tarixli qanunla qoşulub) asbest məhsulu təhlükəli kimyəvi maddə kimi təsnif edilib və onun beynəlxalq ticarəti müəyyən məhdudiyyətlərə tabedir. Sənədə əsasən, məhsul insan sağlamlığı üçün ciddi təhlükə yaradır, ticarəti müəyyən prosedurlarla tənzimlənir.
Asbestdən istifadə bir çox ölkələrdə qadağan edilib. Avropa Birliyi ölkələri, Yaponiya, Avstraliya və Kanada bu materialdan tam imtina edib. Qadağan olunan ölkələrdə məqsəd işçilərin və ictimaiyyətin sağlamlığını qorumaqdır. Hələ də bəzi ölkələrdə - Çin, Hindistan, Rusiya və ABŞ müəyyən tətbiqlərdə asbestdən istifadə davam edir.
Daşınmaz əmlak eksperti Elnur Azadov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: "Şifer artıq kanserogen maddələr siyahısına salınıb. Avropa ölkələri bu materialın istifadəsini illər əvvəl dayandırıb. Azərbaycanda da gecikmiş olsa da, şiferin dövriyyədən çıxarılması istiqamətində müəyyən addımlar atılır".
Ekspertin sözlərinə görə, şifer əsasən Sovet dövründə tikilmiş fərdi yaşayış evlərinin dam örtüklərində geniş tətbiq olunub: "Bu material uzun illər açıq mühitə məruz qaldığından hazırda mövcud tikililərin damında qalması əlavə risk yaratmır. Azərbaycanda şiferə daha çox dam örtüklərində və köhnə kanalizasiya xətlərində rast gəlinir. Son on ildən artıq müddətdə isə ondan istifadə faktiki olaraq dayandırılıb. Kanalizasiya sistemlərində şifer borular mərhələli şəkildə polietilen borularla əvəz olunur. Fərdi yaşayış evlərində isə daha yüngül metal konstruksiyalar və alternativ örtük materialları seçilir. Bu səbəbdən şiferin qadağan olunması tikinti bazarında ciddi qiymət artımına gətirib çıxarmayacaq". / azxeber.com

İqtisadiyyat       Tarix: 12 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler bugunun xeberleri krimnal bugun son xeberler 2026 ən son xəbərlər