Azərbaycanda bu şəxslərə pulsuz EV VERİLDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının da mənzil təminatı həyata keçirilir.
azxeber.com-un məlumatına görə, Sosial Xidmətlər Agentliyindən Trend-ə bildirilib ki, son illərdə Abşeron rayonunda üç yaşayış binası inşa edilərək həmin kateqoriyadan olan gənclərin istifadəsinə verilib.
Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin "Məzun evi" kimi fəaliyyət göstərən həmin binalarda 365 gənc mənzillə təmin edilib.
Eyni zamanda, Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli sərəncamı ilə bu kateqoriyadan olan vətəndaşların yeni yaşayış komplekslərindən mənzillə təminatı tədbirləri həyata keçirilir. Bu il də digər imtiyazlı kateqoriyadan olan vətəndaşlarla yanaşı dövlət uşaq müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının bir qrupu da mənzillə təmin edilib.
Sərəncamın icrası çərçivəsində son iki ildə bu kateqoriyadan olan şəxslərə 300 mənzil təqdim edilib.
Ümumilikdə Nazirlik tərəfindən ötən dövrdə isə dövlət uşaq müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum məzunları olan 650 şəxs tam təmirli mənzillə təmin olunub və bu işlər davam etdirilir.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"