Azərbaycanda COVİD-19-u gizli keçirənlərlə bağlı qaydalar hazırlanır

Azərbaycanda COVİD-19-u gizli keçirənlərlə bağlı qaydalar hazırlanır"Peyvənd təminatı ilə bağlı Azərbaycanın istehsalçılarla razılıqları var".
Azxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov deyib. O bildirib ki, peyvəndlərin həm yararlılıq, həm də saxlanma müddəti nəzərə alınaraq birdəfəlik gətirilməsi məqsədəuyğun sayılmır: "Peyvəndlər partiyalarla gəlir. Ona görə 16 milyon doza peyvəndin ölkədə təminatı ilə bağlı heç bir problem olmayacaq. Bu gün faktiki olaraq bütün Avropa ölkələri ÜST-ə daxildirlər. Onlar ÜST tərəfindən qeydiyyatdan keçmiş peyvəndləri öz peyvənd cədvəllərinə daxil edib, Azərbaycan da həmçinin ancaq ÜST tərəfindən qeydiyyatdan keçmiş peyvəndləri istifadə edir.
Buna görə Avropa ölkələri ÜST tərəfindən qeydiyyatdan keçmiş peyvəndləri vurduranların COVID pasportunun qəbul olunmasını təmin edəcəklər. Onların başqa yolu yoxdur. Bu gün hər hansı Avropa ölkəsi bir peyvəndə üstünlük verirsə, o demək deyil ki, digər peyvəndi pasport kimi qəbul etməyəcək. Sadəcə bu, vaxt məsələsidir. Əgər ÜST tərəfindən tanınırsa, demək keyfiyyətlidir və Avropa İttifaqı tərəfindən tanınmalıdır. Lakin ikili standartlar həmişə mövcuddur. Ola bilər ki, bəzi Avropa ölkələri yenə öz daxili qaydaları çərçivəsində müəyyən peyvəndi qəbul etməsinlər. Bu, yenə də onların ikili standartları və maraqları baxımından müəyyən siyasət həyata keçirməsinə gətirib çıxara bilər".
S. Məmmədov qeyd edib ki, koronavirusu gizli keçirənlər, anticisimlər yarananlar COVİD pasportu əldə edə bilmirlər: "İstər TƏBİB, istərsə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bunu anlayır. Bu insanın yoluxma vaxtı, yoluxubsa onda antitellərin hansı müddətdə öz təsirini saxlaması kimi suallar elmi cəhətdən düzgün standartların hazırlanmasına gətirib çıxaracaq. TƏBİB və Operativ Qərargahla gündəlik müzakirəmiz nəticəsində bildirilib ki, bunun üzərində iş gedir.
Əminəm ki, bu insanların problemləri kənarda qalmayacaq. Tezliklə lazımi qaydalar hazırlanacaq. Lakin bu gün anticisimləri olan insanların belə peyvənd olunması əks göstəriş deyil. Anticisimlər olduğu halda belə həmin insanların peyvənd vurdurması məsləhətdir və bu şəkildə asanlıqla COVID pasportunu əldə edə bilərlər".

Sosial       Tarix: 02 iyul 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər xəbər bugünki xəbərlər en son xeber