Azərbaycanda daha bir bankda kritik durum: 2.4 milyon manat azalma

Azərbaycanda daha bir bankda kritik durum: 2.4 milyon manat azalma"Expressbank" 2023-cü ilin birinci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.
2023-cü ilin birinci yarısında "Expressbank"ın xalis mənfəəti illik müqayisədə 21.3% azalaraq 6 milyon 320 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə bank 8 milyon 28 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 14.4% artaraq 26.9 milyon manat, faiz xərcləri isə 53.3% artaraq 7.1 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 9.1 milyon manata ( illik müqayisədə 4.3% çox), qeyri-faiz xərcləri isə 18.1 milyon manata ( illik müqayisədə 9.5% çox) bərabər olub. Beləliklə bank 8.3 milyon manat əməliyyat mənfəəti qazanıb ki, bu da illik müqayisədə 5.7% və ya 508 min manat azalma deməkdir.
Eyni dövrdə bankın nağd pul vəsaitləri 21.5% və ya 2.4 milyon manat azalaraq 37 milyon manat təşkil edib.
Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 12% və ya 52,5 milyon manat artaraq 489.5 milyon manata yüksəlib. Cari ilin ilk 6 ayında "Expressbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 18% və ya 53.4 milyon manat artaraq 350.5 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 175.3 milyon manat ( illik müqayisədə 10% çox), biznes kreditləri 105.1 milyon manat ( illik müqayisədə 9.8% çox), daşınmaz əmlak kreditləri isə 70 milyon manat ( illik müqayisədə 67% çox) təşkil edib.
Bu dövrdə "Expressbank"ın cəmi öhdəlikləri 365.7 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 18.8% və ya 57.9 milyon manat çoxdur. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 1.5% və ya 2.9 milyon manat artaraq 196 milyon manata çatıb. Şirkətlərin bankdakı əmənətləri 1.2 milyon manat və ya 3% azalaraq 40.5 milyon manat, fiziki şəxslərin depozitləri isə 4.2 milyon manat və ya 2.8% artaraq 155.4 milyon manat olub.2023-cü il iyul ayının 1-nə "Expressbank"ın cəmi kapitalı 4.2% və ya 5.5 milyon manat azalaraq 123.6 milyon manat təşkil edib.
///APA-Economics / azxeber.com

İqtisadiyyat       Tarix: 25 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xeberler sou xeberler bugun hava haqqinda xeberler bu gun