Azərbaycanda dəhşət: "Uşaq evində böyüyən 15 yaşlı ananın övladı da sığınacaqdadır
Bakıda 4 ay öncə polis tərəfindən sığınacağa gətirilən körpənin anası ortaya çıxıb.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, məlum olub ki, aylar öncə uşağı polislə sığınacağa gətirən qadın elə onun anası idi:
"Körpəni 4 ay öncə "rəfiqəmin uşağıdır, anası həbs olunub" deyərək polislə birgə gətirib. Öz balasını yad uşaq kimi təhvil verib. Hələ 17 yaşı yeni tamam olub. Deməli, uşaq 2 il öncə doğulanda qadının 15 yaşı olub. Hamiləlik dövrü isə 14 yaşına təsadüf edir. 14 yaşında uşaq evindən çıxıb alkoqol aludəçisi olan anasının yanına gedib, bu isə nəticəsidir. Uşaq evində böyüyən uşağın körpəsi sığınacaqda böyüyür. Uşaq isə öz anasını heç tanımır. Fotodakı acıqlı baxışlarım 17 yaşlı anaya deyil, həyata baxışımdır".
K.Ağazadə qeyd edib ki, təəssüf doğuran məqamlardan biri odur ki, ana sığınacağa uşağı götürmək üçün gəlməyib:
"Heç uşağı geri istəyən də yoxdur. Çünki ananın özünün dediyinə görə onu qorxudublar ki, sən azyaşlısan və uşaq dünyaya gətirdiyin üçün səni həbs edəcəklər".
///Oxu.az
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı