Azərbaycanda dəhşətli QƏZA: Polislər ağır xəsarət aldılar - FOTO/VİDEO
Abşeronun Masazır qəsəbəsində ağır yol qəzası baş verib.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində qeydə alınıb.
Rza Məmmədov idarə etdiyi "Toyota" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olub. O, sükana nəzarəti itirərək nəqliyyat vasitəsini əvvəlcə rabitə qovşağına, daha sonra işıqfora çırpıb. İşıqfor və rabitə qovşağı sıradan çıxaraq yararsız hala düşüb.
İdarəetmədən çıxan avtomobil isə aşıb.
Qəza nəticəsində sürücü R.Məmmədov və sərnişin Elmir Həsənli ağır xəsarət alaraq avtomobilin salonunda sıxışıb qalıb. Əraziyə gələn FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hər iki yaralını xüsusi texnika ilə salondan çıxararaq Təcili Tibbi Yardım Xidmətinə təhvil verib.
Məlum olub ki, R.Məmmədovun çiyni sınıb, sərnişində isə aldığı zərbələrdən daxili qanaxma olub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, R.Məmmədov və E.Həsənli polis serjantlarıdır. Hər ikisi Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarıdır.







Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar