Azərbaycanda dəhşətli qəza - TIR yandı, 3 nəfər öldü
Astarada baş verən dəhşətli qəza ilə bağlı ətraflı məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən azxeber.com-a bildirildi ki, FHN-in "112" qaynar telefon xəttinə Ələt-Astara yolunun 201-ci kilometrliyində avtomobil yanması barədə məlumat daxil olub.
FHN -in yanğından mühafizə və Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən Rusiya Federasiyaaı vətəndaşı Abulaşov Maqomedemin Mamatqeeviç tərəfindən idarə olunan "DAF" markalı T767ET05 Rusiya Federasiyası dövlət qeydiyyat nişanlı yük (TIR) avtomobilinin Əliyev Mirzəmməd Elman oğluna məxsus "BMW" markalı dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşması nəticəsində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib.
Nəticədə "BMW" markalı minik avtomobilinin yanar hissələri və qismən "DAF" markalı yük avtomobilinin 1 ədəd arxa sol təkəri yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətə söndürülüb.
Hadisə nəticəsində 3 nəfər həlak olub.
Həlak olmuş şəxslərin sıxılmış meyitləri FHN qüvvələri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR