Azərbaycanda devalvasiya olacaq? - Mərkəzi Bankın sədri danışdı

Azərbaycanda devalvasiya olacaq? - Mərkəzi Bankın sədri danışdıAzərbaycan Mərkəzi Bankı (AMB) yaxın vaxtlarda milli valyutanın xarici valyutalar qarşısında məzənnəsində hər hansı dəyişiklik gözləmir.
azxeber.com xəbər verir ki, tənzimləyicinin mövqeyini bu gün faiz dəhlizinə dair qərarın açıqlanması zamanı jurnalistlərin suallarına cavab olaraq AMB İdarə Heyətinin sədri Taleh Kazımov açıqlayıb.
Baş bankir bir sıra ekspertləri manatın məzənnəsi məsələsində ajiotaj yaratmaqda ittiham edib:
"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar. Gəlin reallığa baxaq, bizim proqnozlarımıza fikir verək. Onlar dolayı yolla baxışımızı təmsil edir. Bizim cari əməliyyat balansı (CƏB) ilə bağlı proqnozumuz bu il də, gələn il də müsbətdir. Dünya bazarında neftin qiyməti 64-65 ABŞ dolları civarında olsa, bu həm CƏB, həm dövlət büdcəsinin xərcləri nöqteyi-nəzərindən məqbuldur. Yəni biz burada hansısa problem görmürük. 10 dollarlıq ucuzlaşmanın iqtisadiyyat üçün böyük bir təsiri yoxdur, söhbət təxminən 300 milyon manatlıq vəsaitdən gedir. CƏB üçün isə 55 dollarlıq qiymət belə profisitə nail olmağa imkan verir".
Taleh Kazımovun sözlərinə görə, Azərbaycanda dollara tələbatın kəskin artımı müşahidə olunmur. Buna görə də AMB-də keçirilən valyuta hərraclarında tələb azdır:
"Ötən il ərzində orta hesabla bir hərracda təklif 70 milyon dollar olubsa, tələb bunun 54 milyon dollarını qarşılayıb. Buna görə də Dövlət Neft Fondunun təqdim etdiyi 541 milyon dollar vəsait elə xarici valyutada  Maliyyə Nazirliyinə transfer olunub. Növbəti aylarda, sözsüz ki, tələb yarandığı şəraitdə biz onu valyuta bazarında istifadə edəcəyik. Bundan əlavə, 2025-ci ildə əhalinin banklardan dollar alışı satışından 423 milyon dollar az olub".
Musavat.com-un sualına cavab olaraq AMB rəhbəri bildirib ki, yanvar ayında valyuta hərraclarında satış ötən ilin son aylarındakı tendensiyaya uyğun olmaqla 350 milyon dollar təşkil edib:
"Təxminən 3350 milyon dollar satış olub, plana görə isə 700 milyon dollara yaxın valyuta satılmalı idi. Eyni zamanda biz nağd valyuta alışlarını da nəzərdən keçiririk. Yanvar ayında son 3-4 ildə ən aşağı nəticə qeydə alınıb. 18 milyon ABŞ dolları mənfi saldo qeydə alınıb. Yəni əhali satdığından cəmi 18 milyon ABŞ dolları çox valyuta alıb. Bu da son 3-4 ildə yanvar ayı üçün ən aşağı göstəricidir. Ona görə də deyirik ki, valyuta bazarında sabitlik mövcuddur və hansısa risklər biz burda görmürük".
Azərbaycanın bank sektorunda likvidlik yüksək həddədir. Taleh Kazımovun dediyinə görə, 2025-ci ilin sonuna sektorda izafi likvid vəsaitləri 2,9 milyard manat təşkil edib:
"Buna baxmayaraq, monetar siyasətin əməliyyat çərçivəsində bütün alətlərimizdən istifadə edərək bizim əsas istinad faiz indeksimizi - AZIR (Azerbaijan Interbank Rate) indeksini uçot dərəcəsi ətrafında idarə etməyə nail olmuşuq. Siz bunu artıq gündəlik izləyə bilərsiniz".
Bankların əmanət siyasətindən danışan AMB sədrinin sözlərinə görə, 2025-ci ilin yekununda Azərbaycanda unikal bank əmanətçilərinin sayı 2024-cü ilin sonu ilə müqayisədə 81,3 faiz artmaqla təxminən 194 min nəfər olub. Baş bankir bu kəskin artımın bank sektoruna inamın güclənməsinin əlaməti olduğunu deyib:
"2024-cü ilin sonunda unikal əmanətçilərin sayı 106 min idisə, 2025-ci ilin sonunda bu rəqəm 190 mindən çox olub. Artım 81,3  faiz təşkil edir ki, bu da çox ciddi göstəricidir. Əslində, 30 il ərzində cəmi 100 min əmanətçimiz var idi, son iki ildə isə bu rəqəm demək olar ki, iki dəfə artıb.
Əminliklə demək olar ki, yeni monetar siyasət nəticəsində əmanətlərin cəlbində ədalətlilik prinsipi formalaşıb və bu prosesin davam edəcəyini gözləyirik".
Taleh Kazımov qeyd edib ki, 2022-2023-cü illərdə bəzi banklarda manatla depozit faizləri illik 6 faiz olduğu halda, digərlərində 10 faizə çatıb:
"Bu fərq sektorda likvidliyin təmərküzləşməsi ilə bağlı idi. Likvidliyin daha çox cəmləşdiyi sistem əhəmiyyətli banklar depozit cəlbində o qədər də aktiv olmadıqları üçün daha aşağı faizlər təklif edirdilər".
Lakin 2023-cü ilin sonundan etibarən sistem əhəmiyyətli bankların depozit faizləri artmağa və ədalətlilik prinsipi əsasında formalaşmağa başlayıb:
"Əvvəllər müddətli əmanətlərə maraq göstərməyən bu banklar həmin seqmentdə aktivləşdi. Nəticədə müddətli depozitlərin həcmi 2024-cü ildə 1,8 milyard manat, 2025-ci ildə isə 2,3 milyard manat artdı. Bu, birbaşa olaraq tənzimləyicinin maliyyə bazarının dayanıqlığını təmin etmək məqsədilə həyata keçirdiyi yeni monetar siyasətin, o cümlədən likvidliyin örtülməsi əmsalının tətbiqinin nəticəsidir".
Baş bankir əmanətlərin sığortalanması faizinin yeni metodologiya ilə müəyyən edilməsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu yanaşma AMB-nin təşəbbüsü ilə Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ilə sıx əməkdaşlıq çərçivəsində hazırlanıb:
"Məqsədimiz şəffaf və hamı üçün başa düşülən qaydanın formalaşdırılması idi. Çünki əvvəllər sığortalanma faizinin niyə məhz 12 olduğu sual doğururdu. İndi isə elə mexanizm qurulub ki, faiz dəyişəndə bunun səbəbi də aydın olur".
İH sədri Mərkəzi Bankın yeni makroiqtisadi proqnozlarını da açıqlayıb. Onun dediyinə görə, tənzimləyici bu il Azərbaycanda 2,4  faiz iqtisadi artım gözləyir. Bu zaman qeyri-neft-qaz sektorunda artım 4 faiz olacaq:
"Gələn il üçün isə müvafiq olaraq 2,9 faiz və 4,3 faiz rrtım proqnozlaşdırılır".
Xatırladaq ki, ötən ilin oktyabrında Mərkəzi Bank 2026-cı ildə ölkədə ÜDM-in 2 faiz, o cümlədən qeyri-neft-qaz ÜDM-nin 4,4 faiz artacağını proqnozlaşdırmışdı.
AMB bu il neft və qaz qiymətlərinə dair proqnozlarına da dəyişiklik edib. Belə ki, ötən ilin oktyabrında neft qiymətlərinin 64 dollar, qaz qiymətlərinin isə 288 dollar olacağı proqnozlaşdırılmışdısa, indi bu gözləntilər 2026-cı il üzrə müvafiq olaraq 65 dollar və 269 dollar, gələn il üçün isə 65 dollar və 254 dolları ehtiva edir.

İqtisadiyyat       Tarix: 05 fevral 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler bugunun xeberleri krimnal bugun son xeberler 2026 ən son xəbərlər