Azərbaycanda DEVALVASİYA OLACAQ? - Tanınmış ekspertdən BƏDBİN PROQNOZ

Azərbaycanda DEVALVASİYA OLACAQ? - Tanınmış ekspertdən BƏDBİN PROQNOZDövlət Neft Fondu tərəfindən 2024-cü ilin iyul ayı ərzində 826,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Satılan valyuta məbləği iyun ayı ilə müqayisədə 420,7 milyon ABŞ dolları və ya 51% artıb. Valyuta tələbatının kəskin surətdə artması insanlar arasında artıq uzun müddətdir ki, müzakirə olunan devalsivasiya mövzusunu yenidən gündəmə gətirib.
KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hazırda neft və qaz gəlirlərində ciddi azalmanın olması, ölkəyə daxil olan valyuta həcminə də təsir göstərir:
"Artıq 9-cu ildir ki, manatın dollar qarşısındakı kursu stabil olaraq qalır. Bundan öncə, 2015-ci ilədək müvafiq olaraq, köhnə məzənnəni saxlamaq mümkün olmadı deyə, 3 pilləli devalivasiya baş verdi. İlk öncə 1 manat 5 qəpik, sonra 1 manat 55 qəpik, sonda isə 1 manat 70 qəpikdə sabitləşdi. 9 ildir ki, həmin sabit məzənnə rejimi davam edir. Bunu uzun müddət eyni səviyyədə saxlamaq olduqca çətindir. Nəzərə alaq ki, Azərbaycanın neft gəlirlərində ciddi azalma var, çünki hasilat kəskin azalıb. Məsələn, may-iyun aylarında hasilat heç 500 min barelə çatmadı, halbuki 2011-2012-ci ildə biz 900-950 min barel neft hasil edirdik. Yəni neft hasilatının düşməsi, valyuta gəlirlərinin azalması, qaz qiymətlərinin əvvəlki illərə nisbətən ucuzlaşması gəlirlərə mənfi təsir göstərib. Bütün bunlar Azərbaycana manatına basqı yaradan amillərdir".
Ekspertin fikrincə, növbəti il üçün devalivasiyanın baş verməsi qaçılmazdır:
"Düzdü, iyul-avqust aylarında dollara tələbatın artmasının başqa səbəbləri də var. Valyutaya tələbat bu ay da yüksək olacaq, çünki təhsil mövsümünə hazırlıqla əlaqəli 100 milyonlarla dollara ehtiyac var ki, təhsil sahəsində istifadə olunan tədris məhsullarından tutmuş geyimə qədər alınsın. Bizdə bütün bunlar hamısı xaricdən gətirilir və xaricdən gətirildiyinə görə valyutaya tələbat da artır. Hətta mən əminəm ki, avqust ayında da biz bu artım tempini görəcəyik. Valyutaya tələbat artdıqca və buna paralel ölkədə daxil olan valyutanın həcmi azaldıqca devalivasiya təhlükəsi də yüksələcək. Düşünürəm ki, bu il olmasa da, növbəti il ərzində Mərkəzi Bankın belə bir addım atması mümkündür. Çünki valyuta gəlirlərinin azalması valyuta ehtiyatlarına qənaəti gündəmə gətirəcək. Bunun ən rahat forması isə məzənnə dəyişikliyidir".

Sosial       Tarix: 07 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər xeberler bu gun gunun xeberleri oxu.az xeberler