Azərbaycanda donor bankı yaradıldı

Azərbaycanda donor bankı yaradıldıBu gün Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.
"Report"un xəbərinə görə, toplantı iştirakçılarına komitənin sədri Əhliman Əmiraslanov məlumat verib.
Komitə sədri bildirib ki, gündəliyə 4 məsələ daxil edilib. Birinci oxunuşda müzakirəyə çıxarılan 3 məsələ - "Əhalinin sağlamlığının qorunması haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında" və "Reklam haqqında" qanunlara dəyişiklik edilməsi barədə, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında", "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihələri 20 oktyabr 2020-ci il tarixli "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanuna uyğunlaşdırma xarakteri daşıyır.
Əhliman Əmiraslanov qeyd edib ki, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanun komitə tərəfindən hazırlanıb və Prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Sənədin işləməsi üçün Nazirlər Kabinetinin Sərəncamı var. O, bildirib ki, artıq donor bankı yaradılıb, ölkədə orqan və transplantasiya həyata keçirəcək klinikaların adları təsdiq olunub, mütəxəssislərin hazırlığına başlanılıb. Komitə sədri bildirib ki, donor sahəsində Türkiyə ilə əməkdaşlıq nəzərdə tutulub.
Sonra qanun layihələrini təqdim edən Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Kamalə Paşayeva bildirib ki, 20 oktyabr 2020-ci il tarixdə Səhiyyə komitəsinin önəmli qanunlarından olan "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu (bundan sonra Əsas qanun) qəbul edilib. Həmin Qanunun tətbiqi barədə ölkə Prezidenti tərəfindən imzalanmış fərmanda normativ hüquqi aktların Əsas Qanuna uyğunlaşdırılması barədə tapşırıq verilib.
Kamalə Paşayeva vurğulayıb ki, gündəlikdə olan məsələlərdən "Əhalinin sağlamlığının qorunması haqqında" qanunla başlayan və digər qanunlara da dəyişikliyi nəzərdə tutan layihə tamamilə uyğunlaşdırma xarakteri daşıyır.
Belə ki, qanun layihəsinin 39-cu maddəsinə "həkim konsiliumu" sözlərinin əlavə edilməsi Əsas Qanunda beyin ölümünün baş verməsi barədə məhz həkim konsiliumunun qərarı olmasından irəli gəlir və ona uyğunlaşdırılır. 40-cı maddədə isə transplantasiya məqsədi ilə insan orqan və (və ya) toxumalarının götürülməsi maddəsinin məzmunu tamamilə Əsas qanuna göndərici norma olaraq istinad edərək bu sahədə münasibətlərin tənzimlənməsini müəyyən edir.
Sonra iclasda Kəmalə Paşayeva gündəlikdə olan digər 2 layihə - Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif edilən dəyişikliklər barədə məlumat verib. Bildirib ki, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanunun 34-cü maddəsi bu Qanunun pozulmasına görə məsuliyyəti nəzərdə tutur. Təqdim edilən dəyişikliklər də bu sahədə törədilən əməllərin ictimai təhlükəliliyinə uyğun olaraq, 2 növ məsuliyyət nəzərdə tutur. Konkret olaraq hansı əməllərin cinayət, hansılarının inzibati xəta kimi müəyyən edilməsi layihələrdən görünür. O, qeyd edib ki, AR Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə uyğun olaraq, ağırlaşdırıcı hallarda Qanunun geriyə qüvvəsi şamil olunmur. Ona görə də digər layihədən fərqli olaraq məsuliyyət növlərinin hüquqi əsasları yalnız bu qanunların dərc olunduğu gündən sonra qüvvəyə minəcək.
Qanun layihələrinin müzakirəsində Səhiyyə komitəsinin üzvləri Müşfiq Məmmədli, İlham Məmmədov, Sədaqət Vəliyeva və Məlahət İbrahimqızı orqan və toxumaların transplantasiyasının, donorluğun aktuallığından danışıblar, sənədlərlə bağlı fikirlərini bildiriblər.
İclasda iştirak edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklərə aydınlıq gətirib.
Sonra hər üç qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Daha sonra Əhliman Əmiraslanov iclasda üçüncü oxunuşda olan "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Lotereyalar haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib. O, bildirib ki, sənəd "Nağdsız hesablaşmalar haqqında" Qanuna uyğunlaşdırmanın həyata keçirilməsini təmin etmək üçün hazırlanıb. Qeyd edilib ki, layihəyə komitədə və plenar iclasda iki oxunuşda baxılıb və qəbul olunub.
Müzakirələrin sonunda deputatlar qanun layihəsini üçüncü oxunuşda plenar iclasının müzakirəsinə tövsiyə ediblər.
İclasda deputatlar Kamaləddin Qafarov, Kamilə Əliyeva, Soltan Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Sosial       Tarix: 20 may 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun metbuat xeberleri kriminal en son xeberleri