Azərbaycanda "E-əmək birjası" platforması yaradılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən "Elektron əmək birjası" platforması yaradılır.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, mobil tətbiq və veb əsaslı portaldan ibarət olacaq platforma "Əmək münasibətləri və məşğulluq" altsistemi, digər dövlət qurumlarının informasiya sistemləri və işədüzəltmə vasitəçiliyi ilə məşğul olan e-platformalar ilə qarşılıqlı əlaqədə işləyəcək.
İşsiz, işaxtaran şəxslər və müxtəlif növ işlərin görülməsi üçün sifarişlər vermək istəyən şəxslər bu platformada qeydiyyatdan keçəcəklər. Onlar burada özlərinə dair zəruri məlumatları, göstərdikləri xidmətləri və ya hansı işlərin görülməsi üçün işçiyə tələbatlarının olduğunu qeyd edəcəklər.
İşsiz və işaxtaran şəxslər platformada "Vakansiya bankı" ilə də tanış ola və bu vakansiyalar üzrə müraciət edə biləcəklər.
Əmək birjası platformasının yaradılmasında əsas məqsəd məşğulluq imkanlarının artırılması, mövsümi və müvəqqəti işlərin görülməsi üçün işçi axtaran şəxslərlə işsiz və işaxtaranlar arasında əlaqə yaratmaq, həmçinin qeyri-formal məşğulluğun qarşısını almaqdır.
Milli.Az /news.milli.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar