Azərbaycanda ƏDV ilə bağlı əhaliyə ŞAD XƏBƏR
ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması ilə bağlı qanun layihəsi Nazirlər Kabinetinə göndərilib.
azxeber.com xəbər verir ki, bunu Trend-ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
O qeyd edib ki, qanun layihəsində ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması ilə bağlı qaydalar müəyyən edilib.
Qeyd edək ki, S.Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirmişdi ki, gələn ildən ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması nəzərdə tutulur.
O vurğulayıb ki, burada məqsəd nağdsız ödənişləri, istehlakçıları stimullaşdırmaqdır.
Qeyd edək ki, hazırda nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizi istehlakçıya geri qaytarılır.
"ƏDV geri al" layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732.105.401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust ayları ərzində isə 303.851.384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Turlar.az [newsid: 0-123300]

İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"