Azərbaycanda ən çox hansı sosial şəbəkələrə maraq var? - STATİSTİKA
Azərbaycanda ən çox hansı sosial şəbəkələrə maraq var? - STATİSTİKA
2020-ci ilin dekabr ayında Azərbaycanda müxtəlif sosial şəbəkələrin bazar payı açıqlanıb.
Oxu.Az-ın "Global Stats"dan əldə etdiyi məlumata əsasən, Azərbaycanda dekabr ayı ərzində "Youtube" istifadəçiləri aktivlik təşkil edib.
Belə ki, müvafiq dövrdə "Youtube" istifadəçilərinin sayı 24,85 faiz təşkil edib. Noyabr ayında isə bu, 19,28 faiz idi və "Youtube" istifadəçilərinin sayına görə ölkəmizdə dördüncü sosial platforma ikən, dekabrda 1-ci yerdə qərar tutub.
Ölkəmizdə dekabr ayında 2-ci ən çox müraciət edilən sosial platforma, noyabr ayındakı kimi, "Instagram" olub. Platformanın istifadəçilərinin sayı 24,69 faiz təşkil edib. Noyabr ayında "Instagram" istifadəçilərinin sayı 23,92 faiz olub.
Ötən ilin sonuncu ayında ən çox müraciət edilən 3-cü sosial platforma 22,98 faizlik istifadəçi sayı ilə "Pinterest" olub. Halbuki noyabr ayında 27,12 faizlik göstərici ilə 1-ci ən çox istifadə edilən sosial şəbəkə idi.
Ölkədə "Facebook" istifadəçilərinin sayı isə noyabr ayına nisbətən azalaraq, 20,5 faiz təşkil edib. Noyabr ayında 23,35 faizlik istifadəçi sayı ilə 3-cü yerdə qərar tutan "Facebook" dekabr ayında 4-cü yerdə qərarlaşıb.
"Twitter" istifadəçilərinin sayında da həmçinin, artım müşahidə olunub. Belə ki, dekabrda bu platforma üzrə istifadəçilərin aktivlik dərəcəsi 5,58 faiz təşkil edib. Noyabrda 3,91 faizlik istifadəçi aktivliyi ilə 5-ci yerdə qərar tutan "Twitter" ötən ay da öz yerini saxlayıb.
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız