Azərbaycanda energetika sahəsinin inkişafı: Yeni iş yerləri yaranacaq - ŞƏRH

Azərbaycanda energetika sahəsinin inkişafı: Yeni iş yerləri yaranacaq - ŞƏRHAzərbaycanda energetika sahəsinin inkişafı: Yeni iş yerləri yaranacaq - ŞƏRH
"Həm ulu öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev Azərbaycanda energetika sahəsinin inkişafına çox böyük diqqət yetirib".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.
Tikintisinə 1974-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə başlanan "Azərbaycan" İstilik Elektrik Stansiyasının birinci enerji bloku 1981-ci il oktyabrın 20-də, sonuncu - 8-ci blok isə 1990-cı ildə istismara verilib.
Öz dövrü üçün nəhəng infrastruktur layihəsi olan və respublikanın energetika sistemində xüsusi əhəmiyyəti ilə seçilən "Azərbaycan" İES elə o vaxtdan ölkənin elektrik enerjisinə tələbatının qarşılanmasında hər zaman birinciliyini qoruyub saxlayıb.
Lakin 2018-ci il iyulun 3-də stansiyada baş vermiş qəzadan sonra ölkənin yarıdan çoxu qaranlıqda qaldı. 330 kilovoltluq yarımstansiyasında cərəyan transformatorunda baş vermiş qəza nəticəsində təxminən min litrə qədər yağ ətrafa axmışdı, yaxınlıqdakı elektrotexniki avadanlıqların, eləcə də, kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq, güclü yanğına səbəb olmuşdu. Nəticədə, bir-birinin ardınca baş verən qəzalar ölkənin enerji sisteminə ciddi ziyan vurmuşdu.
A.Mirzəzadə bildirib ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə 30 yeni elektrik stansiyası tikilib.
Deputatın fikrincə, Prezidentin göstərişindən sonra Mingəçevirdə elektrik stansiyasının əsaslı təmiri itirilmiş yükün bərpasına, eyni zamanda, Cənubi Qafqazın ən böyük elektrik stansiyanın texniki vəziyyətinin müasir tələblər səviyyəsinə çatmasına imkan verdi.
Millət vəkili hesab edir ki, görülmüş işlər nəticəsində Azərbaycan vətəndaşlarının, biznes dairələrinin elektrik enerjisinə olan tələbatı tamamilə ödənilir.
"Təsadüfi deyil ki, Azərbaycan elektrik əlçatanlılığına görə dünyada ikinci yerdədir. Bu, ona gətirib çıxarıb ki, Azərbaycan elektrik enerjisi satan ölkəyə çevrilib. Ölkə hazırda üç qonşusuna elektrik enerjisi satışını həyata keçirir. Bu, gələcəkdə daha da arta bilər", - deyə A.Mirzəzadə əlavə edib.
Milli Məclis üzvü onu da bildirib ki, Azərbaycan energetika sahəsinin inkişafında lokomotiv rolunu oynayır:
"Bu, biznesin inkişafına, yeni iş yerlərinin yaradılmasına, texniki təhsilli mütəxəssislərin sayının artmasına gətirib çıxara bilər".
Xatırladaq ki, iyunun 25-də Mingəçevirdə "Azərbaycan" İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, səkkiz enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Aqşin Kərimov

Siyasi       Tarix: 27 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


son xeberler azerbaycan xeberleri yeni xeberler sou biznes son xabarlar ən son xəbərlər xeber.az son xeberler