Azərbaycanda FETÖ əməliyyatlarının səbəbləri açılır – Təşkilat ölkəmizə belə sızıb

Azərbaycanda FETÖ əməliyyatlarının səbəbləri açılır – Təşkilat ölkəmizə belə sızıbSon günlər ölkə ictimaiyyətinin diqqətini Türkiyə ilə birlikdə FETÖ terror təşkilatına qarşı aparılan mübarizə çəkir. Xüsusilə Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsindən sonra FETÖ əməliyyatı çərçivəsində keçirilən bir sıra əməliyyatlar müəyyən suallar yaradıb.
Digər diqqətçəkən məqam Bakıda keçirilən FETÖ əməliyyatlarına Ermənistandan gələn açıqlamadır. Belə ki, Fətullah Gülənin "solçu" müridlərindən olan tarixçi-sosioloq Taner Akçam Ermənistanın "İctimai kanal"ına açıqlama verib və guya Azərbaycanın erməniləri Qarabağdan sürgün etmək niyyətində olduğunu deyib.
Maraqlıdır, Türkiyədə aparılan silsilə əməliyyatlardan sonra FETÖ terror təşkilatı Azərbaycana sızaraq burada yenidən dirçəlmək istəyir? Azərbaycan üçün FETÖ təhlükəsi realdırmı?
KONKRET.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən politoloq Qabil Hüseynli deyib ki, Azərbaycanda FETÖ terror təşkilatının dayaqları bir zamanlar çox güclü idi:
"Terror təşkilatı ölkədə, xüsusilə də regionlarda icmalar yaradır, sekta fəaliyyəti ilə məşğul olurdu. Özünə sadiq kadrlar yetişdirmək üçün kurslar, liseylər, məktəblər, hətta universitetlər açırdı. Bəzi televiziya kanalları, saytlar özləri də bilmədən bu şəbəkənin oyuncağı halına gəlmişdi.
Lakin xoşbəxtlikdən Türkiyədə FETÖ ilə bağlı əməliyyatlar paralel olaraq Azərbaycanda da keçirildi. Yəni bu gün FETÖ əməliyyatları əslində şəbəkənin qalıqlarının təmizlənməsi mahiyyətini daşıyır. Əsas terror əməliyyatları 8-9 il öncə aparılıb. FETÖ daha çox Mərkəzi Asiya ölkələrindən Özbəkistanda, Qırğızıstanda qalmaqdadır".
Politoloq Taner Akçamın Ermənistanın "İctimai kanal"ına açıqlamasına münasibət bildirib:
"Taner Akçamın nə deməsinin elə də bir əhəmiyyəti yoxdur. Onun kim olduğu, kimə xidmət etdiyi hər kəsə bəllidir. FETÖ əməliyyatları sonrası Türkiyədən qaçaraq Ermənistana sığındı. Ermənistana sığınan birinin haqqımızda xoş nə isə deməsini gözləmək sadəlövhlük olardı. Onun dediklərinə diqqət yetirsəniz hazır tezis olduğunu görə bilərsiniz.
Həmin bu tezis fikirləri bu gün Qərb ölkələrində erməni maliyyəsi ilə satın alınan konqresmenlərin, senatorların, siyasilərin dilindən də eşitmək olar"

Siyasi       Tarix: 12 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər qarabag valyuta mezennesi zelzele