Azərbaycanda gəzmək adı ilə 17 yaşlı qızı qaçırdılar
Samuxda oğlan 17 yaşlı qızı evlənmək məqsədilə qaçırıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
İddia edilir ki, 10-cu sinif şagirdinin özündən böyük şəxslə ailə daxilində keçirilən mərasimlə dekabrın 28-də nişanı olub. Daha sonra oğlan qızı gəzmək adı ilə görüşə çağıraraq qaçırıb.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu ilə əlaqə saxladıq.
Oxu.Az-a açıqlama verən komitə rəsmisi faktı təsdiq edib:
"Belə bir hadisənin baş verdiyi barədə sosial şəbəkədə yayılan məlumatlar əsasında komitə tərəfindən araşdırma aparıldı və fakt təsdiqini tapdı.
İlkin məlumatlara görə, dekabrın 28-də Samux rayonu Qarayeri qəsəbə sakini 10-cu sinif şagirdi olan 17 yaşlı B.T ailələrin razılığı ilə nişanlanıb. Daha sonra nişanlandığı Samux rayonu Yenikənd sakini tərəfindən qaçırılıb. Hazırda şəxsin kimliyi müəyyənləşdirilir. Məsələ ilə bağlı aidiyyəti üzrə Samux Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya məlumat verilib. Hər iki tərəfin valideynləri məsələ ilə bağlı Samux Rayon İcra Hakimiyyətinə dəvət olunublar. Eyni zamanda hadisə barədə hüquq-mühafizə orqanlarına da məlumat verilib. Bütün zəruri tədbirlər görülür, məsələ komitənin nəzarətindədir".

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı