Azərbaycanda heyvanların sayı niyə azalıb? - AÇIQLAMA
"Təkcə qoyunlar deyil, iribuynuzlu heyvanların da sayında azalma var. Son rəqəmlər onu göstərir ki, heyvanların sayında cari ildə dürüstləşmə aparılıb. Hesab edirəm ki, bu rəqəmlər bir ildə azalmayıb, sadəcə, əvvəlki illərdə düzgün aparılmayan uçotun nəticəsidir".
Bunu "Qaynarinfo"ya açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimov deyib.
Ekspert xırdabuynuzlu heyvanları saxlamaq üçün xeyli problemlərin olduğuna diqqət çəkib:
"Birincisi, örüş ərazilərində olan çətinliklər. Son iqlim dəyişikliyi ilə bağlı ot örtüyü kifayət qədər bərbad vəziyyətdədir və bu, heyvanların bəslənməsi üçün yetərli deyil. Əlavə olaq yataq və örüş ərazilərində suyun lazımı səviyyədə olmaması ciddi problemlər yaradır".
Cəfər İbrahimov qeyd edib ki, bu sahədə son illərdə müsbət tendensiya müşahidə edilir:
"İşağldan azad edilən yaylaq ərazilərinin açılması, xüsusi ilə Kəlbəcər, Laçın və sairə rayonlarda örüş sahələrinin açılması növbəti ildə müsbət stimul olacaq".
Qeyd edək ki, 2023-cü ilin xırdabuynuzlu heyvanların statistikası açıqlanıb. 2022-ci ilin noyabr ayında ölkədə 7 milyon 928,4 min baş xırdabuynuzlu heyvan olubsa, 2023-cü ilin noyabr ayında bu rəqəm 7 milyon 223,2 minə düşüb. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR