Azərbaycanda hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib
Prezident İlham Əliyev "Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 21 fevral 2025-ci il tarixli fərmanının icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.
azxeber.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanda "Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı" genişləndirilib. Siyahıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinin sədri əlavə edilib. O, həmçinin "Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"na əlavə olunub.
Bundan başqa, fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdiyi xidmətlərin siyahısına "mülki aviasiya sahəsində beynəlxalq müqavilələrə uyğun olaraq sənədlərin verilməsi" əlavə olunub.
Dövlət Mülki Aviasiya Agentliyi isə "Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı"na əlavə olunub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Tovuzda qəza oldu - Ölən var
Səhhəti ilə bağlı iddialara cavab verdi
"Rusiya hücum edəcək, hazır olun" - Almaniyadan XƏBƏRDARLIQ
Milli Məclis Prezident və xanımını təbrik etdi
Məşhurlar DÇ-2026 oyununda
Leysan və dolu Ankarada subasmaya səbəb olub
DİN "Son zəng" tədbirləri ilə bağlı məlumat yaydı
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Qızıl bahalaşdı
Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib
Ceyhun Bayramov ABŞ rəsmisi ilə TRIPP-i müzakirə etdi
"Barselona" ona elçi düşdü - 50 milyon ödəməyə hazırdır
DÇ-2026: Türkiyə ilk sınağına çıxır