Azərbaycanda hotellərin vergisi azaldı: Fantastik qiymətlər enəcəkmi?

Azərbaycanda hotellərin vergisi azaldı: Fantastik qiymətlər enəcəkmi?Azərbaycanda hotellərin vergisi azaldı: Fantastik qiymətlər enəcəkmi?
Azərbaycanda fəaliyyət göstərən hotel və sanatoriyalara bəzi güzəştlər nəzərdə tutulub. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə görə, yanvardan Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75 faiz azaldılacaq.
Nəzərdə tutulan güzəşt yalnız regiondakı hotel və sanatoriyalara aid ediləcək. Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu isə istisnadır.
Bizim.media hazırda bölgələrdə yerləşən bəzi hotellərin xidməti və qiymətlərini araşdırıb.
Şabranda fəaliyyət göstərən hotellərdən birində standart otaqda birgecəlik istirahətin qiyməti 150 manatdan başlayır. Ödənilən məbləğin 22 manatdan bir az artıq hissəsinin isə vergi və rüsumlara görə ödənildiyi qeyd edilib.
Şahdağ yaxınlığındakı hoteldə birgecəlik xidmətlərdən istifadə etmək 238 manata başa gəlir. Hoteldə fərqli xidmətlər və təbiət mənzərəsinə görə qiymət dəyişir, yəni həmin hoteldə gecəsi 7 000 manata da gecələmək mümkündür.
Şəkidə və ölkənin cənubundakı hotellərdə də birgecəlik istirahətin qiyməti 150, 170 manatdan başlayır. Qeyd edək ki, qiymətlər təklif olunan xidmətə görə dəyişir. Göstərilən qiymətlər bir gecəlik və bir otağın qiymətidir.
Qiymətlərin yüksək olmasından şikayətlənən və buna görə hotel xidmətlərindən istifadə etməyənlər var.
Maraqlıdır, yeni güzəştlər bölgələrdə hotellərin qiymətinə necə təsir edəcək, azalma olacaqmı?
Turizm üzrə ekspert Əziz Şiriyev güzəştin qiymətlərə gözlənilən qədər təsir etməyəcəyini deyib:
"Qiymətlərin dəyişməsi mövsümdən asılıdır. Vergilərdəki azalmanın qiymətlərə o qədər də təsiri olmayacaq. Amma güzəştlərin olması turizm sahəsinə çox böyük müsbət təsir göstərir. İqtisadiyyatın qızıl qanunu tələb-təklif məsələsidir. Biz indidən hotellərə zəng eləsək, Yeni il bayramına heç bir hoteldə boş yer tapmayacağıq. Bu o demək deyil ki, bunların hamısı fərdi şəxslərə satılıb. Bəzi otaqları kimsə alıb, blok edib.
Amma ümumilikdə götürəndə hotel otaqları tamam satılıb. Gələn il hotel sahibi bundan 100 manat artıq qiymət tətbiq eləsə, yenə də satılacaq. O da tələbatın olduğunu görür. Düşünür ki, mən bunu bu qiymətə sata bilirəmsə, niyə ucuz satmalıyam? Əgər kimsə getməsə, otaqlar boş qalsa, qiymətlər enər. Hotel sistemində belə bir şey var, ən bahalı otaq satılmayan otaqdır, çünki xərcləri üstündədir. Amma 50 faiz endirimlə satmış olsa, xərcləri bağlamış olur".
Ekspert qeyd edib ki, qanun qüvvəyə minəndən sonra hotel qiymətlərində dəyişikliyin olub-olmamasını görmək mümkündür:
"Çox insan nə o xəbərlərə baxır, nə də hotellərlə maraqlanır. Yekun ödəyəcəyi məbləği ödəyir, vəssalam. İctimai qınaq olsa, görsələr ki, insanların çoxu bununla maraqlanır və qiymətlərin nəyə görə dəyişməməsindən şikayətlənir, onda istər-istəməz otellər özlərinə, qiymətlərinə "çəki-düzən" verəcəklər. Düşünürəm ki, yanvardan sonra o istiqamətdə addımlar atılacaq".
Ekspert hesab edir ki, əhali daha çox beşulduzlu hotellərə üstünlük verir:
"Niyə ancaq biz istəyirik ki, maşınla gedib ancaq beşulduzlu hotellərdə qalaq? Təklifim odur ki, turizm şirkətlərinə müraciət eləsinlər. Müraciət etsələr, münasib qiymətə yüksək xidmətli dördulduzlu hotellər tapa bilərlər. Avtomobil sürüb, yanacaq sərf edib, yorulmamaq üçün qrup şəklində də gedə bilərlər".

Turizm     Baxılıb: 265   Tarix: 05 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır. "İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir"


azerbaycan xeberleri son xeberler yeni xeberler xankendi cəbhədən xəbər hava cebheden xeberler