Azərbaycanda ilk! "Arzum Beauty" artıq qlobalda! - FOTOLAR
Azərbaycanın gözəllik sektorunun liderlərindən olan "Arzum Beauty", bu sahədə ilklərə imza atmağa davam edir!
"Arzum beauty" brendi Cənubi Koreyanın sevilən brendi "Mizon" ilə əməkdaşlıq edərək "Mizon x Arzum" adını daşıyan 7 məhsuldan ibarət kolleksiya yaradıb. 3 ilə yaxındır üzərində çalışılan bu məhsullar artıq ölkəmizdən kənarda, ABŞ-da, Avropa və Asiya ölkələrində də satışda olacaq.
Dünyada bir çox nümunəsini gördüyümüz, lakin Azərbaycanda daha əvvəl görmədiyimiz kolabrasiya üçün Koreyadan PFD şirkətinin təsisçisi Kwang Namgung və digər şirkət nümayəndələri Bakı şəhərində keçirilən tədbirdə iştirak edib.
100-ə yaxın influencerin iştirakı ilə JW Absheron Marriott Hoteldə keçirilən tədbirdə "Arzum Beauty" şirkətinin təsisçisi Arzu Kərimli, "Mizon" brendinin Azərbaycanda rəsmi distributoru Yussal Provision şirkətinin təsisçisi Əqdəm Rüstəmzadə və PFD şirkətinin təsisçisi Kwang Namgung çıxış edib.
Çıxışdan sonra "Mizon" markasınınn brend meneceri məhsulların tərkibi ilə bağlı ətraflı məlumat verərək makyaj süngəri, tonal krem, krem ənlik, maskara, dodaq qələmi və dodaq boyasını təqdim edib.
Azərbaycanın milli sərvəti olan xalçalardan ilhamlanan "Mizon x Arzum" məhsulları vegan tərkibi ilə Avropa ölkələrində də çox seviləcək.
Dermatoloji testlerdən keçmiş 7 məhsuldan ibarət bu kolleksiya həssas dərilərə də uyğundur. Hətta digər heyvan mənşəli kollagenlərdən 10 qat daha güclü olan yeni Hidrolizə edilmiş Ekstent tərkibinin bu kolleksiyaya özəl patenti də alınıb.








/ azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam