Azərbaycanda ilk dəfə "Albalı və gilas" festivalı keçirildi – FOTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyası, "Azəri Home Chef" şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə olaraq "Albalı və gilas" festivalı keçirilib.
azxeber.com xəbər verir ki, festival Xaçmaz şəhərindəki "Zəfər" parkında keçirilib.
Festivalda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, şimal rayonlarının icra hakimiyyətinin rəhbər şəxsləri, alimlər, fermerlər, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin əməkdaşları, eləcə də yerli və xarici qonaqlar iştirak edib. Festivalın keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi albalı və gilas növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirməkdir.
"Albalı və Gilas" festivalının Xaçmaz rayonunda keçirilməsi təsadüfi deyil. Ölkə üzrə gilas bağlarının 35%-i, istehsal olunan gilasın isə 42%-i Xaçmaz rayonunun payına düşür. Ötən il Xaçmaz rayonunun gilas bağlarında orta məhsuldarlıq respublika göstəricisindən 21% çox, yəni 97 sentner təşkil edib. Xaçmaz rayonu meyvə bağları, xüsusilə də gilas üzrə ixtisaslaşmış rayonlardan biri sayılır. Azərbaycanda yetişdirilən albalı və gilasa xarici bazarlarda maraq böyükdür. Məhz bu səbəbdən Xaçmaz rayonunun iqtisadiyyatında meyvə ixracatı xüsusi yer tutur. Xaçmazlı fermerlərin yetişdirdiyi gilas və albalı məhsulları xarici bazarlara ixrac edilir və fermerlərimiz meyvə ixracından yaxşı gəlir əldə edirlər.
Festivalın açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayonda kənd təsərrüfatı sahəsinin inkişafı barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, Xaçmazda 50 min hektar suvarılan sahə, 25 min hektara yaxın bağ sahələri mövcuddur. Ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyü işlər, eyni zamanda kənd təsərrüfatı sahəsinə diqqət və qayğısı nəticəsində rayonlarda bağçılıq ildən-ilə inkişaf edir. Xaçmaz rayonunda təkcə gilas bağlarının sahəsi 4 min hektardan çoxdur. Son bir il ərzində gilas bağlarının sahəsi 1200 hektar artıb. Bu da ölkəmizdə fermerlerə və sahibkarlara göstərilən diqqətin nəticəsidir. İntensiv bağlara görə fermerlərə subsidiyaların verilməsi təsərrüfatçıları yeni bağlar salmağa stimullaşdırır.
Açılış mərasimindən sonra festivalın qonaqları kənd təsərrüfatı şirkətlərinin təqdimatlarını izləyib, milli kulinariya nümunələri və xarici ölkələrin mətbəxləri ilə tanış olublar. Festivalda mədəni-etnoqrafik tədbirlər, ağır atletlərin çıxışı, müxtəlif əyləncəli yarışlar və müsabiqələr təşkil edilib. Festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti də göstərilib.






Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı