"Azərbaycanda istehsal olunan pomidorun yalnız 10-15 faizi emala yönəldilir"

Azərbaycanın kənd təsərrüfatında pomidor artıq uzun illərdir həm istehsal, həm də ixrac üzrə lider mövqeyini qoruyur. Ölkədə pomidor istehsalı kifayət qədər yüksəkdir və bu sahə ildən-ilə genişlənərək iqtisadiyyatın mühüm istiqamətlərindən birinə çevrilir. Təzə pomidor ixracının qeyri-neft sektorunda uzun müddətdir ilk yerlərdə olması, həm həcmin, həm də bazar payının artması bu potensialı daha da gücləndirir. Lakin mövcud göstəricilər əsasən xammal – yəni təzə pomidor satışına aiddir. Bu isə çox vacib bir sualı gündəmə gətirir. Bəs pomidorun emalı və emal məhsullarının istehsalı hansı səviyyədədir? Ölkəmizdə pomidor emalının potensialı nə qədərdir?
KONKRET.azmövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, pomidor emalı ümumi məhsulun çox cüzi hissəsini təşkil edir: "Azərbaycanda pomidor istehsalı və ixracı sürətlə artır. Amma pomidorun emalı – konserv, tomat pastası, ketçup və s. hələ xammal istehsalına nisbətən məhduddur. Azərbaycanda sənaye emalı xammal istehsalına nisbətən kiçik pay təşkil edir. Son illərin beynəlxalq təhlilləri göstərir ki, emal olunan hissə əvvəlki illərdə istehsalın 3 faizi səviyyələrində olub. Bu o deməkdir ki, əsas kütlə təzə pomidor kimi satılır, sənaye emalı isə hələ ümumi istehsalın kiçik hissəsini tutur".
A.Nəsirli mağazalarda qarşımıza çıxan yerli məhsullardan da bəhs etdi:
"Azərbaycanda həm tomat pastası, həm də ketçup mağaza şəbəkələrində satılır. Yəni bu məhsullar daxildə hazırlanır. Mağazalarda yerli və idxal ketçuplarının qarışığını da görmək olar".
İqtisadçının fikrincə, pomidor məhsulları içində tomat pastası daha çox istehsal olunur:
"Dünya praktikası və regional təcrübəyə görə tomat pastası böyük miqyasda ixrac və sənaye tədarükü baxımından əksər hallarda daha gəlirli olur. Ketçup-sous isə əlavə emal xərcinə, fermentlərə, əlavələrə və brend-marketinqə bağlıdır, amma daha çox istehsal-marketinq investisiyası tələb edir. Azərbaycanda pastanın kütləvi emalı üzrə beynəlxalq rəqabətə çıxacaq böyük sənaye həcmi məhduddur. Buna görə gəlirlilik konkret şirkətdən-şirkətə fərqlənir".
A.Nəsirli bildirib ki, sırf statistikada bu məhsullarla bağlı heç bir məlumat qeyd olunmur. Buna da səbəb rəqəmlərin azlığıdır:
"Emal olunmuş məhsulların tam daxili tələbatı ödəməsi və yerli istehsal payı kateqoriyadan-kateqoriyaya dəyişir. Yerli pomidordan hazırlanan məhsullarla bazarın bir hissəsini təmin edirik. Çox kiçik səviyyədə ixrac da edirik. Amma kütləvi ixrac mövcud deyil. Pomidor məhsulları ilə bağlı ümumi statistika da göstərilmir. Bu da onların bazarda çox kiçik həcmdə olduğundan xəbər verir. Pomidor istehsalının təxminən üç faizi emal edilir. O da yerli tələbatın bir hissəsini ödəyir. Qalan hissəsi isə idxal olunur".
İqtisadçı Cəfər İbrahimli düşünür ki, emal müəssisələrinin olması istehsal olunan məhsulun itkiyə getməməsi üçün çox vacibdir:
"İstehsal olunan pomidorun bir hissəsi emala yönəldilir. Emala yönəldilən istehsal olunan məhsulun 10-15 faizi həcmindədir. Pomidorun emal olunmasının üstün cəhətləri mövcuddur. Çünki pomidor bir müddət qaldıqdan sonra xarab olur. İstehlak olunmayan hissədə itkinin qarşısının alınması üçün konserv zavodları böyük rol oynayırlar. Zavodlar olmasaydı pomidorun 20-30 faizi itkiyə gedərdi".
C.İbrahimlinin sözlərinə görə, emal müəssisələrinin tam güclə işləməsi üçün bütün imkanlar mövcuddur:
"Hazırda Azərbaycanda bu sahə üzrə konserv zavodları mövcuddur. Regionlarda kifayət qədər konserv zavodları var. Bu zavodlar pomidorun emalında istifadə olunur. Bu zavodlar həm özləri pomidor yetişdirir, həm də fermerlərdən pomidor satın alaraq emalı təmin edirlər. Emalın artırılması üçün ölkəmizdə kifayət qədər imkanlar mövcuddur. İstehsal artdıqca emal da artacaq".
İqtisadçı deyir ki, emal olunan məhsulun çox cüzi hissəsi ixraca yönəldilir:
"Yerli pomidorlardan hazırlanan məhsulların bir hissəsi daxili bazara çıxarılır. O səbəbdən pomidorun emalı, konservləşdirilməsi ilə bağlı ölkəmizdə heç bir problem mövcud deyil. Hətta öz daxili bazarımız təmin olunduqdan sonra emal olunan məhsullar ixrac üçün də ayrılır. Bir hissəsi isə ixraca yönəldilir. Lakin emal məhsullarının ixracı çox cüzi səviyyədədir".
Məlumat üçün bildirək ki, Azərbaycanda pomidor istehsalı yüksək səviyyədədir və bu xammalın emalı ölkənin əsas konserv zavodlarında həyata keçirilir. Onlardan biri Xaçmaz rayonunda fəaliyyət göstərən Qafqaz Konserv Zavodudur. Zavod pomidor emalı sahəsində aparıcıdır. Məhsullar tənəkə, şüşə, aseptik torba, karton və plastik qablaşdırmalarda təqdim olunur. Zavodun pomidor emalı üzrə faktiki istehsal həcmi barədə dəqiq məlumat yoxdur. Biləsuvar Konserv Zavodu da pomidor məhsulları istehsal edir. Zavod pomidor emalı üzrə regionun əsas müəssisələrindən biridir. Lənkəran Konserv Zavodu da bu sahədə fəaliyyət göstərərək pomidor məhsulları istehsalını həyata keçirir. Bu zavodlarda müxtəlif markalara aid tomat pastası, soyulmuş pomidor, pomidor turşusu və digər tərkibində pomidor olan konservləşdirilmiş məhsullar istehsal olunur.

Sosial       Tarix: 24 noyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberlər sosial yardim cəbhədən xəbər gunun xeberleri