Azərbaycanda istifadəçilər ən çox hansı bank tətbiqindən razı qalıb?
"Business Insight International Research Group" tərəfindən aparılan "Mobil Tətbiq Dünyası" adlı yeni araşdırmanın nəticələrinə görə, Azərbaycanda istifadəçilərin ən çox razı qaldığı mobil bank tətbiqi ABB Mobile olub.
Araşdırma nəticələrinin əks olunduğu məlumata əsasən, ABB Mobile istifadəçilərinin 94,8%-i tətbiqdən razılıq ifadə edib. Onların 60,9%-i tətbiqə ən yüksək – "5", 33,9%-i isə "4" qiymətini verib.
Bu baxımdan bank mobil tətbiqləri arasında ikinci sırada LeoBank qərarlaşıb. Araşdırmaya əsasən, bu tətbiqdən istifadə edənlərin 93,9%-i məmnun qalıb. Respondentlərin 58,3%-i "5", 35,6%-i isə "4" bal qeyd edib.
Birbank istifadəçiləri arasında məmnunluq göstəricisi 91,2% təşkil edib. Onların 59,6%-i tətbiqi "5", 31,6%-i isə "4" səviyyəsində dəyərləndirib. Daha az faizlə 7% "3", 1,1% "2" və 0,7% "1" bal qeyd olunub.
Daha aşağı nəticələrlə Ubank və Paşa Mobile Bank gəlir. Ubank istifadəçilərinin 88%-i tətbiqdən razı olduğunu bildirib – onların 68%-i "5", 20%-i "4" bal verib. Paşa Mobile Bank üzrə məmnunluq göstəricisi 80% olub. Respondentlərin 53,3%-i tətbiqi "5", 26,7%-i "4" səviyyəsində qiymətləndirib.
GDP.AZ / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır