Azərbaycanda iyun ayında parlament seçkiləri keçiriləcək? - AÇIQLAMA
Milli Məclisin deputatı Ceyhun Məmmədov iyun ayında Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi barədə iddialara münasibət bildirib.
KONKRET.az xəbər verir ki, deputat Pravda.az-a açıqlamasında deyib ki, seçkilərin keçirilməsi zaman-zaman Azərbaycan cəmiyyətində geniş müzakirə edilib:
"Bu məsələ ətrafında məqsədli şəkildə müzakirələr aparıldığının şahidi oluruq. Müəyyən qurumlar, tərəflər parlament seçkilərini davamlı gündəliyə gətirməyə çalışırlar. Parlament seçkiləri ilə bağlı bu gün konkret heç bir fikir, açıqlama yoxdur. Söhbət rəsmi fikirlərdən gedir. Hazırda parlament seçkiləri müzakirədə deyil. Bununla bağlı məsələ qaldırılsa, hər hansı addım atılsa, əlbəttə, aidiyyəti qurumlar mütləq ictimaiyyətə geniş məlumat verəcəklər. Rəsmi məlumat olmadığına görə hazırda aparılan müzakirələrin heç bir əsası yoxdur".
Qeyd: Konstitusiyaya görə, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. 2020-ci ildə formalaşan VI çağırış Milli Məclisə seçkilər də bu ilin noyabrın ilk bazar günü, yəni ayın 3-də keçirilməlidir. İddia edilir ki, BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29 bu ilin noyabrın 11-dən 24-dək Bakıda baş tutacaq deyə parlament seçkiləri iyun ayında növbədənkənar keçiriləcək.

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək