Azərbaycanda keçmiş nazirə yeni vəzifə verildi
Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə (RİNN) məxsus "Aztelekom" MMC-nin Dağlıq Şirvan Regional Filialı yaradılıb.
Yeni regional filial Ağsu, Şamaxı, İsmayıllı, Qobustan və Qəbələ rayonlarını əhatə edir.
Filiala rəhbərlik Rövşən Həmid oğlu Məmmədova həvalə olunub. O, Naxçıvan Muxtar Respublikasının sabiq rabitə və yeni texnologiyalar naziridir və muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun ötən il martın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib.
RİNN-dən "Report"a xəbəri təsdiq ediblər.
Xatırladaq ki, indiyə qədər "Aztelekom"un iki yeni regional filialı yaradılıb. Bunlar Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmazdakı Telekommunikasiya Qovşaqlarını birləşdirən Şimal-Şərq Regional Filialı və Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər və Ağdamdakı Telekommunikasiya Qovşaqlarını birləşdirən Aran Regional Filialıdır.
Şimal-Şərq Regional Filialına Nəriman Salmanov, Aran Regional Filiala isə Kərəm İbrahimov rəhbər təyin olunub.
Regional filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur. Bu işlər "Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" dövlət başçısının 27 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq, o cümlədən korporativ idarəetmə prinsipləri nəzərə alınmaqla həyata keçirilir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR